BDU-nun Vətən müharibəsində iştirak etmiş tələbələri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təşkil edilmiş sərgini ziyarət ediblər

01/11/2021

Oktyabrın 29-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) məzunu, 2016-cı il Aprel döyüşlərində şəhid olan Samir Kaçayev və akademiyanın 44 günlük Vətən müharibəsində iştirak etmiş tələbə və məzunlarının əsərlərindən ibarət sərgi təşkil edilib.

Sərginin açılış günü ölkəmizin ali təhsil müəssisələrinin müəllim və tələbələri nümayiş olunan əsərlərlə tanış olublar. Açılış mərasimində BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov və Vətən müharibəsi iştirakçıları olan tələbələri iştirak edib.

Sərgidə ADRA-nın “Təsviri sənət” fakültəsinin məzunu, gənc heykəltəraş şəhid Samir Kaçayevin 30 heykəltəraşlıq işi və qazi rəssamların əsərləri nümayiş olunur.

Xəbərlər

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetində magistratura təhsili alacaq

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetində magistratura təhsili alacaq
01/07/2025

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
01/07/2025

BDU əməkdaşı “Vikipediya” üzrə təlimlərdə iştirak edib

BDU əməkdaşı “Vikipediya” üzrə təlimlərdə iştirak edib
01/07/2025