BDU-nun Yaponiya Fondunun təsis etdiyi “Sakura Şəbəkəsi”nə üzvlük müddəti uzadılıb

27/12/2024

Bakı Dövlət Universitetinin (BDU) Yaponiya Fondunun təsis etdiyi  “Sakura Şəbəkəsi”nə (“JF Nihongo Network”) üzvlük müddəti növbəti beş il müddətinə (2025-2029-cü illər) uzadılıb.

Dünya üzrə 356 müəssisəni əhatə edən qlobal  “Sakura Şəbəkəsi” yapon dili təhsilinin keyfiyyətini daha da təkmilləşdirmək və insanların bu dili öyrənmələri üçün geniş imkanlar yaratmaq məqsədilə 2007-ci ildə təşkil olunub. “Sakura Şəbəkəsi” yapon dili təhsilinin regional və ya milli səviyyədə artırılması baxımından mühüm rol oynayır.

Şəbəkənin üzvü olan BDU Yaponiya Fondu tərəfindən təklif edilən müxtəlif layihələrdə iştirak etməklə ölkədə yapon dilinin tədrisinin səviyyəsinin yüksəldilməsi və genişləndirilməsinə təkan verir. Bu isə azərbaycanlı tələbələrdə yapon dilinə böyük maraq və həvəs yaratmaqla yanaşı, onların Yaponiya universitetlərində təhsil almaq imkanlarının artmasına şərait yaradır.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026