BDU-nun“Gənc İstedadlar” liseyində konfrans keçirilib

12/03/2019

“Elm həftəsi” çərçivəsində “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir” mövzusunda baş tutan konfransı giriş sözü ilə BDU-nun elm və innovasiyalar üzrə prorektoru,  AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə açıb, tədbirin əhəmiyyətindən ətraflı bəhs edib.

Sonra Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev  “Respublikada milli kadrların hazırlanmasında BDU- nun rolu”, Tarix fakültəsinin professoru Nuru Məmmədov “Bakı Dövlət Universiteti milli ruhu inkişaf etdirən bir ocaq, bir məktəb olmuşdur”, “Kaspi Ağ şəhər” liseyinin müəllimi Günel Hüseynova “Əqlim, düşüncəm, hikmətim – universitetim”, “Gənc istedadlar” liseyinin müəllimi Rəna Həsənova  isə “Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin ilk yadıgarıdır” mövzularında məruzələr ediblər.

Konfrans məruzələr ətrafında çıxışlar ilə başa çatıb.


Mətbuat və informasiya şöbəsi, 12 mart 2019-cu il.


Xəbərlər

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026