BDU-nunu Üzvi kimya kafedrasının professoru Mirzə Allahverdiyev rəhmətə gedib

07/02/2017

Mirzə Allahverdiyev 15 sentyabr 1947-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Güllübulaq kəndində anadan olub. 1965-ci ildə həmin kəndin onbirillik məktəbini qızıl medalla bitirib və Bakı Dövlət Universitetinə daxil olub. 1970-ci ildə BDU-nu fərqlənmə diplomu ilə başa vurub. 1970-ci ildə AMEA-nın Aşqarlar Kimyası İnstitutunun (AKİ) aspiranturasına daxil olub və namizədlik işini Moskva Zərif Kimya Texnologiyası Akademiyasında yerinə yetirib. 1973-cü ildə AMEA-nın AKİ-da baş laborant, mühəndis, kiçik və böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində işləyib. 1974-cü ildə «Butoksi- və butiltioəvəzli aminspirtlərin sintezi və xassələri » mövzüsunda namizədlik dissertasiya işini müdafiə edib.
1987-1988-ci illərdə Rusiya EA-nın A.N.Nesmeyanov adına Elementüzvi Birləşmələr institutunda doktoranturada təhsil alıb. 1990-cı ildə «Tiiranlar və onların sələflərinin sintezi, xassələri və tətbiqi» mövzüsunda doktorluq dissertasiyası müdafiə edib. 2005-ci ildə təqdim olunan nəticələrinə görə Bakı Dövlət Universiteti üzrə «İlin alimi» fəxri adı ilə təltif edilib. 2007-ci ildə biblioqrafik göstəricilərinə görə ABŞ-da dərc olunan «Dünyada kim kimdir» kitabına daxil edilib. 2007-ci ildə 60-illik yubileyi ilə əlaqədar Azərbaycan Təhsil Nazirliyinin «Qabaqcıl təhsil işçisi» medalı, 2009-cu ildə Bakı Dövlət Universitetinin 90 illiyi ilə əlaqədar "Tərəqqi" medalı ilə təltif olunub.

Allah rəhmət eləsin, yaxınlarına səbr versin!

Xəbərlər

“QS World University Rankings by Subject 2026” nəticələrinə görə BDU Azərbaycanı ən çox ixtisasla təmsil edir

“QS World University Rankings by Subject 2026” nəticələrinə görə BDU Azərbaycanı ən çox ixtisasla təmsil edir
25/03/2026

Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı
20/03/2026

Təbiətin oyanış və birlik bayramı - Novruz

Təbiətin oyanış və birlik bayramı - Novruz
20/03/2026