BDU-ya yeni qəbul olan tələbələrin qeydiyyatı davam edir

08/09/2022

Bakı Dövlət Universitetində yeni qəbul olan tələbələrin qeydiyyat prosesi davam edir.

Bakalavriat səviyyəsi üzrə BDU-ya qəbul olan şəxslərin qeydiyyat prosesinə 2 sentyabr tarixindən başlanılıb. Abituriyentlər https://portal.edu.az/ sistemində qeydiyyatdan keçərək müraciət edirlər. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan, portaldan istifadə edə bilməyən şəxslərin qeydiyyatdan keçməsi üçün BDU-da şərait yaradılıb. Artıq 4000-dən çox abituriyent qeydiyyat prosesini başa vuraraq, BDU ailəsinin bir üzvünə çevrilib. Onlardan 97%-i əyani təhsilalma forması üzrə, 89%-i dövlət sifarişi əsasında təhsilini davam etdirəcək. Qeydiyyatdan keçən abituriyentlərin 71%-ni qızlar, 39%-ni oğlanlar təşkil edir. Onlardan 30%-dən çoxu 500-dən artıq bal toplayaraq tələbə adını qazanıb.

Məlumat üçün bildiririk ki, elektron sistem üzrə qeydiyyat 12 sentyabr saat 23:59-da başa çatacaq.

Xəbərlər

BDU və Malayziyanın Asiya Sakit Okean Texnologiya və İnnovasiya Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Malayziyanın Asiya Sakit Okean Texnologiya və İnnovasiya Universiteti arasında anlaşma memorandumu imzalanıb
05/11/2025

Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri BDU-da

Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri BDU-da
05/11/2025

BDU ilə Çinin Tianshui Pedaqoji Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

BDU ilə Çinin Tianshui Pedaqoji Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub
05/11/2025