Beynəlxalq Ali Təhsil və Elmlər Akademiyası (International Academy of Sciences and Higher Education (İASHE)) tərəfindən keçirilən müsabiqədə BDU birinci olub

12/04/2012

Beynəlxalq Ali Təhsil və Elmlər Akademiyası (International Academy of Sciences and Higher Education (İASHE), London, Böyük Britaniya) postsovet dövlətlərində İASHE-nin rəsmi partnyoru olan Ümum Ukrayna Akademik Birliyi (Kiyev-Odessa) ilə birgə postsovet məkanına daxil olan ölkələr arasında elmi analitika üzrə regional yarışmanın test proqramını reallaşdırıb. Bu yarışma İASHE-nin “Elmi analitika üzrə kontinental, milli və regional yarışmalar və dünya çempionatı” layihəsi çərçivəsində keçirilib.

Beynəlxalq Ali Təhsil və Elmlər Akademiyası tərəfindən 2011-ci ildə elmi analitika üzrə keçirilən yarışma və konfransların nəticələrinə görə aşağıdakı reytinqlər tərtib edilib:

- Ali Təhsil Müəssisələrinin elmi-tədqiqat sahəsində aktivliyi

- Ali Təhsil Müəssisələrinin elmi-tədqiqat sahəsində effektivliyi

- Gənc alim və tələbə gənclərin elmi-tədqiqat sahəsində aktivliyi

- Gənc alim və tələbə gənclərin elmi-tədqiqat sahəsində effektivliyi.

Layihədə əldə olunan nailiyyətlərin yekununa əsasən, Bakı Dövlət Universiteti bu reytinqlər üzrə aparıcı yerləri tutub. Beləliklə, Azərbaycan ali təhsil müəssisələrinin flaqmanı “Ali Təhsil Müəssisələrinin elmi-tədqiqat sahəsində aktivliyi” nominasiyası üzrə 1-ci, “Ali Təhsil Müəssisələrinin elmi-tədqiqat sahəsində effektivliyi” nominasiyası üzrə 2-ci, “Gənc alim və tələbə gənclərin elmi-tədqiqat sahəsində aktivliyi” nominasiyası üzrə 3-cü və nəhayət “Gənc alim və tələbə gənclərin elmi tədqiqat sahəsində effektivliyi” nominasiyası üzrə 21-ci yeri tutub.

Bununla belə, İASHE-nin Ekspertlər Şurası Bakı Dövlət Universitetini beynəlxalq qızıl nişanəsi olan “Sokrat Medalı” ilə təltif edib.

Mətbuat və informasiya şöbəsi, 12 aprel 2012-ci il.

Xəbərlər

Milli qürur mənbəyimiz

Milli qürur mənbəyimiz
09/11/2025

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
09/11/2025

BDU könüllüləri Zəfər muzeyini ziyarət ediblər

BDU könüllüləri Zəfər muzeyini ziyarət ediblər
09/11/2025