Beynəlxalq elmi-praktiki konfrans başa çatıb

06/06/2017

Bakı Dövlət Universitetində ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Müasir dövrdə Azərbaycan Respublikasında hüquq elminin və təhsilinin əsas inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işini “İnsan hüquqları və İnformasiya hüququ”, “Beynəlxalq hüquq və Avropa hüququ”, “Hüquq nəzəriyyəsi və Konstitusiya hüququ”, “Cinayət hüququ, cinayət prosesi və kriminalistika”, “Mülki hüquq, kommersiya hüququ və əmək hüququ” bölmələrində davam etdirib.

Professor Firudin Səməndərovun sədrliyi ilə keçirilən “Cinayət hüququ, cinayət prosesi və  kriminalistika” bölməsində Ukrayna Vəkillik Akademiyasının “Cinayət hüququ və inzibati hüquq” kafedrasının müdiri, professor  Y.V. Fesenkonun, “Cinayət hüququ və kriminologiya” kafedrasının professoru Ş.T.Səmədovanın, “Kriminalistika və məhkəmə ekspertizası” kafedrasının müdiri, professor K.N.Səlimovun, “Cinayət prosesi” kafedrasının müdiri, professor F.M.Abbasovanın, “Cinayət hüququ və kriminologiya” kafedrasının dosentləri C.M.Quliyevin və S.N.Rzayevanın məruzələri dinlənilib.

Konfransın “Cinayət hüququ, cinayət prosesi və  kriminalistika” bölməsində cinayət, cinayət prosessual və cəza-icra qanunvericiliklərinin təkmilləşdirilməsi istiqamətində kompleks məsələlər müzakirə olunub, işğal altında olan nəzarətsiz ərazilərdə insan hüquqlarının müdafiəsi məsələlərinə xüsusi yer ayrılıb. Bölmənin iclasında həmçinin Ukrayna Vəkillik Akademiyası ilə cinayət hüququ, cinayət prosesi və kriminalistika elmləri sahələrində təhsil və qarşılıqlı tədqiqatlar üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

İki gün davam edən konfransda 150-dən artıq məruzə dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 06 iyun 2017-ci il.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026