“Beynəlxalq hüquq” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərliyi ilə keçirilib

29/06/2019

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Beynəlxalq hüquq” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib. Azərbaycan və rus bölmələrində təhsil alan magistrantlar informasiya hüququnun aktual mövzuları üzrə elmi tədqiqatlarını “Beynəlxalq ümumi hüquq” kafedrasında yerinə yetiriblər.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri, İxtisaslaşdırılmış magistr dissertasiya müdafiəsi şurasının sədri, professor Fərhad Abdullayev müdafiəyə təqdim edilmiş işlərin aktuallığından danışıb, magistrantların elm və peşə hazırlığını yüksək qiymətləndirib, gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev professor Fərhad Abdullayevin təklif və tövsiyələrini yüksək qiymətləndirib, magistrlara göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, müdafiədə iştirak edən 7 magistrantın hər biri “əla” qiymət alıb.


Mətbuat və informasiya şöbəsi, 29 iyun 2019-cu il.

KİV-də yayımlananlar

 

Xəbərlər

BDU-da elmi seminar: “Qafqazda müasir çağırışlar: süni intellekt, elm və innovasiya”

BDU-da elmi seminar: “Qafqazda müasir çağırışlar: süni intellekt, elm və innovasiya”
05/03/2026

BDU əməkdaşları “Rabitəbank” ASC-də işgüzar səfərdə olublar

BDU əməkdaşları “Rabitəbank” ASC-də işgüzar səfərdə olublar
05/03/2026

BDU Çinin Tianjin Universiteti ilə əməkdaşlığa başlayır

BDU Çinin Tianjin Universiteti ilə əməkdaşlığa başlayır
05/03/2026