«Beynəlxalq jurnalistika dünya media sistemində» adlı dərs vəsaiti işıq üzü görüb

18/04/2013

Jurnalistika fakültəsinin müəllimi, dosent Sabir Məmmədlinin «Beynəlxalq jurnalistika dünya media sistemində» adlı dərs vəsaiti işıq üzü görüb. Dərs vəsaitində müasir dünya jurnalistikasının əsas xüsusiyyətləri, müxtəlif ölkələrin media fəaliyyətində müşahidə olunan eyniləşmə prosesi hərtərəfli işıqlandırılır. Eyniləşmə prosesi özünü həm KİV qanunvericiliyində, həm də jurnalist təcrübəsində göstərir. Bu prosesin dərinləşməsi, ilk növbədə, beynəlxalq təşkilatların KİV sahəsində fəaliyyəti ilə bağlıdır. Eyni zamanda, inkişaf etmiş ölkələrin media təcrübəsində elə mütərəqqi demokratik meyarlar formalaşmışdır ki, onlar artıq ümumbəşəri xarakter daşıyır və başqa dövlətlər bundan hərtərəfli yararlanırlar. Dərs vəsaitində mövcud elmi araşdırmalardan, tədqiqatlardan, jurnalist təşkilatlarının hesabatlarından, tərcümələrdən istifadə etməklə bu problemlər hərtərəfli təhlil olunur.

Kitabın elmi redaktoru, professor Şamil Vəliyev, rəyçilər - professorlar Həmid Vəliyev, Nəsir Əhmədli, dosent İlham Mazanlı, tarix elmləri üzrə fəlsəfə doktoru Qurban Məmmədovdur.

Mətbuat və İnformasiya şöbəsi, 18 aprel 2013-cü il.

Xəbərlər

BDU-da “Zəka pillələri” intellektual oyunu

BDU-da “Zəka pillələri” intellektual oyunu
12/05/2026

“Muzeyşünaslıq” ixtisası üzrə təhsil alan tələbələr BDU-nun tarixi muzeyində 

“Muzeyşünaslıq” ixtisası üzrə təhsil alan tələbələr BDU-nun tarixi muzeyində
12/05/2026

Özbəkistanın Fərqanə Dövlət Universitetinin əməkdaşları BDU-da pedaqoji təcrübə proqramında iştirak ediblər

Özbəkistanın Fərqanə Dövlət Universitetinin əməkdaşları BDU-da pedaqoji təcrübə proqramında iştirak ediblər
12/05/2026