“Beynəlxalq Jurnalistika Məktəbi” layihəsinin növbəti təlimi Xarici İşlər Nazirliyində keçirilib

26/12/2017

BDU-nun Jurnalistika fakültəsinin “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsinin növbəti təlimi Xarici İşlər Nazirliyində baş tutub. Təlimçi, Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev əvvələcə layihə rəhbərləri və təlim iştirakçılarını Azərbaycanın xarici siyasətinə aid eksponatlarla zəngin muzey ilə tanış edib. Sonra XİN-in konfrans zalında keçirilən təlimdə Hikmət Hacıyev “Azərbaycanda xarici siyasətin informasiya dəstəyi və ictimai diplomatiya” mövzusunda məruzə ilə çıxış edib. Görüş diskussiya şəklində davam edib və iştirakçıların real ictimai həyatda rastlaşacaqları müəyyən situasiyalar, onlardan çıxış yolları interaktiv şəkildə müzakirə edilib. Təlim iştirakçıların çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.

Qeyd edək ki, Hikmət Hacıyev BDU-nun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini bitirib. Eyni zamanda NATO-nun Akademiyası və Belçikanın ULB uiversitetinin məzunudur. O, müxtəlif illərdə Azərbaycanın NATO ‎nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində çalışıb. 2008-‎ci ildən Xarici İşlər Nazirliyində Təhlükəsizlik ‎problemləri departamentinin 2-ci katibi vəzifəsini, 2011-ci ildən isə ‎Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub. Daha sonra diplomatik karyerasını Azərbaycan Xarici İşlər ‎Nazirliyində davam etdirib. 2014-cü ildən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat ‎xidmətinin rəhbəridir.

Mətbuat və informasiya şöbəsi, 26 dekabr 2017-ci il.

Xəbərlər

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub
04/05/2026

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub
04/05/2026

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib
04/05/2026