“Beynəlxalq Jurnalistika Məktəbi”nin növbəti təlimi keçirilib

26/04/2018

Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu tədbiri giriş sözü ilə açaraq qonağı iştirakçılara təqdim edib. Təlimçi Anadolu informasiya agentliyinın Asiya-Qafqaz bölgə müdirliyinin nümayəndəsi Tolqa Özgenç "Qlobal informasiya məkanının formalaşmasında informasiya agentliklərinin rolu" mövzusunda məruzə ilə çıxış edib. Təlimçi tələbələrə jurnalist peşəkarlığının özəlliklərindən danışıb, Anadolu informasiya Agentliyinin timsalında informasiya agentliyinin fəaliyyəti, onun informasiya proseslərində iştirakı, materialların sənədlilik baxımından önəmi kimi məsələləri iştirakçıların diqqətinə çatdırıb. Tolqa Özgenç həmçinin dünya informasiya agentliklərinin informasiya siyasəti haqqında da məlumat verib. Görüşdə  jurnalistikanın xəbərçilik funksiyasının xüsusiyyətləri, beynəlxalq siyasi arenada gedən proseslərlə jurnalist fəaliyyətinin qarşılıqlı əlaqələri ilə bağlı da məsələlər müzakirə edilib.
Sonda Tolqa Özgenç tələbələri maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.

Mətbuat və informasiya şöbəsi, 26 aprel 2018-ci il.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək
09/10/2026