Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib

04/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbirdə Filologiya, Şərqşünaslıq, Biologiya və Jurnalistika fakültəsinin tələbələri iştirak edib.

BDU THİK sədri Hacıbaba Mustafayev, Jurnalistika fakültəsi THİK-in sədri Səbinə Hüseynli və Filologiya fakültəsi THİK-in sədri sədri Sezər Məmmədli çıxış ediblər. Çıxışlarda əlil vətəndaşların cəmiyyətə adaptasiyası üçün görülən işlər barədə məlumat verilib, bu sahədə dövlətimiz tərəfindən görülən işlər, inklüziv təhsilin vacibliyi, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarını səmərəli keçirməsinə dəstək məqsədi daşıyan layihələrdən söz açılıb.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026