“Beynəlxalq maliyyə bazarlarında risklərin idarə olunması mexanizmi” – BDU-da ustad dərsi

11/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “Paşa Bank”ın faiz riskləri üzrə baş analitiki Elnur Əlimərdanovun “Beynəlxalq maliyyə bazarlarında risklərin idarə olunması mexanizmi” mövzusunda ustad dərsi keçirilib.

Görüşdə fakültənin iqtisadiyyat ixtisasları üzrə IV kurs tələbələri iştirak ediblər.

Ustad dərsində beynəlxalq maliyyə bazarlarında formalaşan risklərin növləri, bu risklərin bank sektoruna, investisiya qərarlarına təsiri, qiymətləndirilməsi və idarə olunması üçün istifadə olunan müasir analitik yanaşmalar müzakirə olunub. Elnur Əlimərdanov qlobal maliyyə bazarlarında faiz dərəcələri, valyuta məzənnələri və likvidlik risklərinin idarə olunması mexanizmlərini real praktiki nümunələr əsasında tələbələrə izah edib. Təlim zamanı maliyyə institutlarında risklərin ölçülməsi və proqnozlaşdırılması prosesində statistik və ekonometrik metodların rolu xüsusi vurğulanıb. Bildirilib ki, beynəlxalq maliyyə bazarlarında sabit və əsaslandırılmış qərarların qəbul edilməsi üçün analitik yanaşmaların və məlumat əsaslı modellərin tətbiqi mühüm əhəmiyyət kəsb edir.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, bank sektorunda karyera imkanları və maliyyə analitikası sahəsində tələb olunan bacarıqlar haqqında ətraflı fikir mübadiləsi aparılıb.

 

Xəbərlər

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı
15/05/2026