Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Respublika Günü qeyd olunub

04/06/2021

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “28 May- Respublika Günü” adlı tədbir keçirilib.

Fakültə THİK sədri Mirməhəmməd Hüseynov 28 May - Respublika Gününün Azərbaycan üçün tarixi önəmindən danışıb, tədbirdə iştirak edən qonaqlara minnətdarlığını bildirib.

Tədbirdə tələbələr Aysun Nəsibzadə, Nigar Cəlalova, Tahirə Süleymanova, İbrahim Fərhadzadə, Kənan Həsənli, Arif Mustafayev çıxış ediblər. Çıxışçılar müsəlman şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay müddətində əldə etdiyi nailiyyətlərdən, 1991-ci ildə müstəqillikdən sonra XX əsrin əvvəlində təməli qoyulmuş Respublika ənənələrinin inkişaf etdirilməsindən bəhs ediblər, müstəqil Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda regionun aparıcı dövlətinə çevrildiyini xüsusi vurğulayıblar.

Tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026