Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində soyqırımı qurbanlarının xatirəsi anılıb

02/04/2018

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “31 mart - Azərbaycanlıların soyqırımı” mövzusunda tədbir keçirilib. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Şahmar Rüstəmli tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il ölkəmizdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir.

Daha sonra TEC üzvü Novruzəli Yusubzadə “31 mart - Azərbaycanlıların soyqırımı” mövzusunda çıxış edib.

Beynəlxalq münasibətlər və Politologiya ixtisası üzrə təhsil alan tələbələrin iştirak etdiyi tədbirdə çıxışçılar müxtəlif qəzalarda baş vermiş soyqırımı barədə ətraflı məlumat veriblər. Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid, Əlimərdan bəy Topçubaşovun şəxsi və İran konsulluğunun arxivindəki sənədlərin, o cümlədən şəhər və rayonlarımıza dəymiş ümumi zərəri əks etdirən sənədlərin önəmindən bəhs edilib.

Mətbuat və informasiya şöbəsi, 02 aprel 2018-ci il.

Xəbərlər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər
29/07/2026

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
29/07/2026

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib
29/07/2026