Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 20 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

29/12/2011

Bu gün Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 20 illik yubileyinə həsr edilmiş təntənəli tədbir keçirilib. Giriş sözü ilə çıxış edən rektor, millət vəkili akademik Abel Məhərrəmov bildirib ki, 1990-91-ъi tədris ili Bakı Dövlət Universitetində yeni bir fakültənin «Beynəlxalq münasibətlər və beynəlxalq hüquq» fakültəsinin fəaliyyətə başlaması ilə yaddaqalan olub. Elmi Şuranın bu cəsarətli addımı zaman axarında öz təsdiqini tapıb. Akademik söyləyib ki, o vaxtlar beynəlxalq münasibətlər, xüsusilə beynəlxalq hüquq elmi haqqında təsəvvürlər zəif idi. Bu boşluğun qısa vaxtda aradan qaldırılmasının əsl fədakarlıq tələb etdiyini qeyd edən akademik ümummilli lider Heydər Əliyevin bir vaxtlar böyük uzaqgörənliklə respublikamızdan kənarda təhsil almağa yolladığı kadrların yeni fakültənin işinə qatıldığını və qısa zamanda BDU-da əsl beynəlxalq hüquq məktəbinin formalaşdığını söylədi.

Daha sonra adıçəkilən fakültənin dekanı professor Zeynal Həsənalıyev «Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tarixi, tariximizin ayrılmaz hissəsidir» məruzəsi ilə çıxış edib. O, deyib ki, 1991-ci ildə üç ixtisas üzrə 55 nəfər tələbə ilə fəaliyyətə başlayan fakültədə hazırda 1333 tələbəsi təhsil alır, o cümlədən onların arasında Türkiyə, Əfqanıstan, İran İslam Respublikası, Rusiya və Gürcüstan dövlətlərindən gəlmiş xeyli tələbələr də var.

Yubiley tədbirində millət vəkili, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, İordaniyanın Azərbaycandakı səfiri Adel Adaileh, hüquq fakültəsinin dekanı professor Əmir Əliyev, çıxış edib.

Sonra həmin fakültənin tələbələri müxtəlif xarici dillərdə, fakültənin məzunu YAP Gənclər Təşkilatının sədr müavini Ramin Məmmədov yubiley münasibətilə təbriklərini çatdırıblar.

Tədbir bədii hissə ilə davam etdirilib.

Mətbuat və informasiya şöbəsi, 29 dekabr 2011-ci il.

Xəbərlər

Oyanış, bərəkət və birlik bayramı

Oyanış, bərəkət və birlik bayramı
20/03/2023

BDU-nun Kimya fakültəsində “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” adlı tədbir

BDU-nun Kimya fakültəsində “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” adlı tədbir
17/03/2023

ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti BDU-da maarifləndirici görüş keçirib

ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti BDU-da maarifləndirici görüş keçirib
17/03/2023