Jurnalistika fakültəsinin magistrantının kitabı təqdim edilib

07/11/2018

Beynəlxalq Mətbuat Mərkəzində BDU-nun Jurnalistika fakültəsinin magistrantı Nurlan Ağanın “15 iyul və media” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid gənc müəllifin önəmli bir mövzuya toxunduğunu deyib və kitabın müasir türk tarixindəki önəmindən danışıb. Daha sonra BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri, eyni zamanda Beynəlxalq jurnalistika kafedrasının dosenti Pərvanə İbrahimova çıxış edərək, Nurlan Ağanın həm gənc jurnalist, həm də tələbə kimi istedadlı olmasından söz açıb.

Kitabın müəllifi Nurlan Ağa tədbir iştirakçılarına təşəkkür edərək, kitabın ərsəyə gəlməsində ona köməklik edən müəllimlərinə minnətdar olduğunu bildirib. O qeyd edib ki, kitabda yer alan məlumatlar KİV-də də yayımlanan xəbərlərin təhlil olunmuş formasıdır.

Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Həmid Karadəniz çıxışında 15 iyul tarixində yaşanan hadisələrin – hərbi çevrilişə cəhdin canlı şahidi olduğunu bildirib. O, sözügedən olayın işıqlandırılması və məsələnin aydınlaşdırılmasında KİV-in rolundan danışıb və kitabın müəllifi Nurlan Ağaya təşəkkür edib.

Qeyd edək ki, Tədbirdə Yunus Əmrə İnstitutunun Azərbaycan Nümayəndəliyinin başçısı Cihan Özdemir, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, MŞ-nin  idarə heyətinin üzvü Azər Həsrət, “AzNews.az” saytının baş redaktoru Taleh Şahsuvarlı, “Yeni Çag” Media Qrupunun təsisçisi və baş redaktoru Aqil Ələsgər, “İki Sahil” qazetinin baş redaktoru Vüqar Rəhimzadə, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, BDU-nun Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli, Jurnalistika fakültəsinin dosentləri Qərənfil Dünyaminqızı, Vəfa İsgəndərova, fakültənin magistrantı Aynurə Vəliyeva çıxışlarında tədqiqat işi və müəlliflə bağlı fikirlərini bölüşüblər.

Mətbuat və informasiya şöbəsi, 07 noyabr 2018-ci il.

Xəbərlər

BDU “QS Stars” audit qiymətləndirilməsində 5 ulduza layiq görülüb

BDU “QS Stars” audit qiymətləndirilməsində 5 ulduza layiq görülüb
17/02/2025

Son iki ildə BDU-nun Kimya fakültəsinə maksimal qəbul balı artıb

Son iki ildə BDU-nun Kimya fakültəsinə maksimal qəbul balı artıb
17/02/2025

BDU və Türkiyənin Kırşehir Ahi Evran Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Kırşehir Ahi Evran Universiteti arasında anlaşma memorandumu imzalanıb
17/02/2025