Biologiya fakültəsində bitki fiziologiyasına ekoloji amillərin təsiri müzakirə edilib

27/05/2021

Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə "Bitkilərin fiziologiyasına ekoloji amillərin təsiri" adlı onlayn tədbir keçirilib. Tədbirdə Biologiya fakültəsinin I kurs tələbəsi Vüsalə Zeynallı çıxış edərək təbiətşünaslığın müasir dövrdə inkişafının xarakterik xüsusiyyətlərindən danışıb, biologiya elmində bitki fiziologiyasının rolundan bəhs edib.

Daha sonra Biologiya fakültəsinin II kurs tələbəsi Günay Səfiyeva təqdimatla çıxış edərək ekoloji amillərin bitki fiziologiyasına təsiri barədə tədbir iştitakçılarına məlumat verib. Günay Səfiyeva bitkilərin yaşadığı şəraitdən asılılığı, ekoloji amillərin bitkilərinin böyüməsinə və inkişafına təsiri, təbiətdəki canlı orqanizmlərin, xarici mühitin və ekoloji amillərin bitkilərin ümumi məhsuldarlığında rolu haqqında danışıb.

Tədbir iştirakçıların mövzu ətrafında müzakirəsi ilə davam edib.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir
07/08/2026

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb
06/08/2026