Biologiya fakültəsinin tələbələri istehsalat təcrübəsində

19/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin “Su bioehtiyatları və akvabitkilər” ixtisası üzrə təhsil alan IV kurs tələbələri və II kurs magistrantları Neftçala rayonunun Xıllı qəsəbəsində “Xıllı-Balıq MMC” balıqçılıq təsərrüfatında, Yevlax rayonunun Varvara kəndində “Varvara-Balıq ASC” nərəbalıqyetişdirmə təsərrüfatında və Lənkəran rayonu ərazisində (Liman şəhəri) “Kiçik Qızılağac balıqartırma təsərrüfatı”nda istehsalat təcrübəsi keçiblər.

Təcrübə zamanı tələbələr balıqçılıq təsərrüfatlarının quruluşu, istehsalat prosesində istifadə olunan avadanlıq və qurğular, balıqartırma prosesinin biotexnoloji  mərhələləri ilə  tanış olublar. Azərbaycanın qiymətli vətəgə balıqlarından olan nərələrin süni artırılması prosesini, burada tətbiq olunan yeni texnoloji metodları əyani şəkildə izləyiblər. Azərbaycanda ilk dəfə tətbiq edilən, temperatur rejimi idarə olunan qapalı su təchizatı sistemində mayalanmış kürülərin inkubasiya prosesi, istehsalatın müxtəlif mərhələlərində itkilərin aradan qaldırılması üsulları, sürfə və körpələrin “hovuz üsulu” ilə yetişdirilməsi, həmçinin onların canlı və qarışıq yemlərlə yemləndirilməsi texnologiyaları ilə tanış olublar.

Tələbələr təcrübə zamanı təsərrüfatlarda formalaşdırılmış müxtəlif növ nərələrin törədici fondu, onların yetişdirilməsi texnologiyaları, onlardan balıqartırma və əmtəə məqsədilə istifadə qaydaları ilə tanış olublar.

Xəbərlər

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib
30/09/2026

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya
29/09/2026

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
29/09/2026