Biologiya fakültəsinin tələbələri istehsalat təcrübəsini uğurla keçirlər

11/03/2021

Bakı Dövlət Universitetinin Biologiya fakültəsində biologiya ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri fevralın 16-dan istehsalat təcrübəsində iştirak edirlər. Təcrübə xüsusi karantin rejiminin tələblərinə ciddi riayət olunmaqla, biologiya ixtisası üzrə təhsil alanlar üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar, Genetik Ehtiyatlar, akademik Abdulla Qarayev adına Fiziologiya, Mikrobiologiya, Biofizika institutlarında, su bioehtiyatları və akvabitkilər ixtisası üzrə təhsil alan tələbələr  üçün isə AMEA-nın Zoologiya İnstitutunda təşkil olunub.

AMEA-nın alimləri apardıqları təcrübələrlə tələbələri tanış edir, təcrübələrdə iştiraklarına şərait yaradırlar. İstehsalat təcrübəsi tələbələrin əldə etdikləri bilik və bacarıqların elmdə tətbiqinə yiyələnməsinə, yüksəkixtisaslı elmi kadrların hazırlanmasına xidmət edir.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026