Bioloji müxtəlifliyin qorunmasında informasiya resurslarının roluna həsr olunmuş seminar keçirilib

19/11/2020

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsində informasiya resurslarının rolu” mövzusunda onlayn seminar keçirilib.

Onlayn tədbiri giriş sözü ilə açan Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Cabbarlı bilidirib ki, 03 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasının və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Ötən müddət ərzində bu sahədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və eləcə də digər qurumlar tərəfindən Milli Strategiyanın həyata keçirilməsi üçün mühüm işlər görülüb. O, vurğulayıb ki, bu sahədə, xüsusilə insanların maarifləndirilməsi baxımından informasiya resursları da fəal rol oynayır və hazırda bu fəaliyyət uğurla davam etdirilir.

Sonra BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov tədbir iştirakçılarını Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı parlaq qələbələr münasibətilə təbrik edib, eyni zamanda bu günkü seminarda qoyulan mövzunun aktuallğından danışıb.

Seminarda Azərbaycan Televiziyasının “EKOetika TV layihəsi”nin müəllifi və aparıcısı Orxan Cabbarlı və BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov mövzu ilə bağlı məruzə ediblər. Məruzələrdə mənfur qonşularımızın işğal edilmiş ərazilərimizdə ekologiyaya göstərdikləri vəhşi münasibətdən bəhs olunub. Hər iki məruzə iştirakçılar tərəfindən maraqla dinlənilib, kafedra müdirləri Knyaz Aslan, Elçin Əhmədov və başqaları məruzələrlə bağlı fikirlərini bildiriblər.

Sonda Kitabxanaçılıq-informasiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nərmin Həsənzadə fakültənin tələbələri adından tədbirin keçirilməsinə şərait yaratdıqlarına görə Universitet rəhbərliyinə, məruzəçilərə təşəkkürünü bildirib.

Microsoft Teams platforması üzərindən təşkil olunan tədbir çoxsaylı sualların cavablandırılması ilə başa çatıb.

Xəbərlər

BDU əməkdaşları DIRNA layihəsi çərçivəsində keçirilən tədbirdə iştirak ediblər

BDU əməkdaşları DIRNA layihəsi çərçivəsində keçirilən tədbirdə iştirak ediblər
09/12/2024

BDU-da keçirilən "Heydər Əliyev mühazirələri" layihəsinin növbəti qonağı millət vəkili Mehriban Vəliyeva olub

BDU-da keçirilən "Heydər Əliyev mühazirələri" layihəsinin növbəti qonağı millət vəkili Mehriban Vəliyeva olub
09/12/2024

BDU tələbələri uğurlu karyera quruculuğu ilə bağlı məlumatlandırılır

BDU tələbələri uğurlu karyera quruculuğu ilə bağlı məlumatlandırılır
09/12/2024