Biomüxtəliflik üzrə Qlobal Informasiya Sisteminin əməkdaşı BDU-da təlim keçib

25/10/2022

Biomüxtəliflik üzrə Qlobal Informasiya Sisteminin (Global Biodiversity Information Facility - GBIF) İştirak və qarşılıqlı fəaliyyət üzrə proqramının əməkdaşı, danimarkalı  Andrey Rodriqes Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tələbə və əməkdaşları üçün təlim keçib.  
GBIF planetin istənilən nöqtəsindən olan istənilən istifadəçiyə internet şəbəkəsi vasitəsilə Yer kürəsində yayılan bitki və heyvan növləri barədə informasiyaya giriş əldə eməyə imkan verir. Andrey Rodriqes qeyd edib ki, iştirakçı olan dövlətlər GBIF-də milli portala, proqram koduna və məlumatlara malikdirlər. Sistemin məqsədlərindən biri də biomüxtəliflik barədə informasiyaya sərbəst girişin təmin edilməsi üçün vacib olan məlumat, bacarıq və texnologiyaları mobilləşdirməkdən ibarətdir.
Təlimin sonunda Andrey Rodriqes portaldan istifadə üçün tələbələrlə sınaq keçirib.

 

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026