“Bir könüllüdən min könüllüyə” layihəsi BDU-da

14/03/2019

Bakı Dövlət Universitetində Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları universitetin tələbələri üçün “Bir könüllüdən min könüllüyə” layihəsini təqdim ediblər. Azərbaycan Respublikasının Gənclər Fondunun maliyə dəstəyi ilə həyata keçrilən layihənin əsas məqsədi təhsil alan gənclərə könüllülük fəaliyyəti, şəxsi inkişaf ilə bağlı həvəsləndirici təlim və seminarlar keçmək, karyerasını könüllülüklə bağlamış gənclərin uğurlarını onlara əyani şəkildə göstərmək, bu fəaliyyətin təbliğini və təşviqini həyata keçirməkdir.

Çıxış edənlər layihənin məqsədi, hədəfləri, gözləntiləri barədə işirakçıları məlumatlandırıb, könüllülüyün yaratdığı imkanlar, bu hərəkata qoşulmanın verdiyi faydalardan danışıblar.

Tədbir tələbələri maraqlandıran sualların cavblandırılması ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 14 mart 2019-cu il.

Xəbərlər

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026