Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək

24/06/2026

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti (BDU), TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumunun təşkilatçılığı ilə 2026-cı il 29-30 iyun tarixlərində “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransda Azərbaycanın nüfuzlu alimləri ilə yanaşı, ölkəmizə dəvət olunmuş türkoloq-alimlərin, eləcə də türk dövlətlərinin rəsmi nümayəndələrinin, ictimai-siyasi, elm, təhsil və mədəniyyət xadimlərinin iştirakı nəzərdə tutulur.

Konfransın açılış mərasimi və panel sessiyalar iyunun 29-da Heydər Əliyev Mərkəzində, bölmə iclasları iyunun 30-da BDU-da təşkil olunacaq.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026