Birinci vitse-prezident Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edib

31/12/2020

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edib.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində bununla bağlı etdiyi paylaşımda deyilir:

“Əziz həmvətənlər!
Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, hər birinizə xoş arzularımı çatdırıram. Yola saldığımız il yaddaşımıza Şanlı Zəfər ili kimi əbədi həkk olunacaq. Bu Zəfərin qazanılmasında xalqımızın sarsılmaz birliyi, həmrəyliyi, qətiyyəti və iradəsi müstəsna rol oynayıb. Qoy bütün məsələlərin öhdəsindən uğurla gəlməyimizə imkan yaradan birliyimiz günü-gündən möhkəmlənsin! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə - sülh, əmin-amanlıq və tərəqqi diləyirəm!”.

https://azertag.az/xeber/

Xəbərlər

BDU və KOBİA-nın əməkdaşlığı çərçivəsində Universitetdə EkoEnerji Məntəqəsi açılıb

BDU və KOBİA-nın əməkdaşlığı çərçivəsində Universitetdə EkoEnerji Məntəqəsi açılıb
23/06/2025

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini Daxil Vəliyev vəfat edib

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini Daxil Vəliyev vəfat edib
21/06/2025

Türkiyənin Fırat Universitetinin nümayəndələri BDU-nun Filologiya fakültəsində

Türkiyənin Fırat Universitetinin nümayəndələri BDU-nun Filologiya fakültəsində
21/06/2025