Birlik və həmrəylik qələbənin rəhnidir

05/10/2020

Azərbaycan Respublikasının dövlət müstəqilliyi uğrunda mübarizəsinin gedişində Ermənistanın əsassız ərazi iddiaları zəminində başlayan Dağlıq Qarabağ münaqişəsi artıq 30 ildən çoxdur ki, nəinki Respublikamızın, ümumiyyətlə, Cənubi Qafqazın təhlükəsizliyinə başlıca hədəyə çevrilmişdir. Ötən illər ərzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, son 17 ildə isə onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü diplomatik-siyasi fəaliyyəti nəticəsində Ermənistan artıq işğalçı dövlət qismində beynəlxalq aləmdə nüfuzdan düşmüş və hər hansı dəstəkdən məhrum olmuş, Azərbaycan isə beynəlxalq mövqelərini daha da möhkəmləndirmişdir. Ölkəmizdə siyasi həmrəylik yaranmış, xalqımız dövlətimizin ərazi bütövlüyü uğrunda apardığı müqəddəs mübarizənin gedişində ölkə Prezidentinin ətrafında sıx birləşmişdir.

Son günlər Ermənistan tərəfinin növbəti təxribatı nəticəsində cəbhə xəttində cərəyan edən proseslər bir daha Azərbaycanda dövlətlə xalq arasındakı həmrəylinin sarsılmaz olduğunu nümayiş etdirdi. Məlumdur ki, sentyabrın 27-də mənfur düşmənin atəşkəs rejimini pozması və xain təxribatı nəticəsində cəbhə  xəttindəki  gərglinlik yüksək həddə çatmışdır. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq hərbi obyektlərimizlə yanaşı dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri də ağır silahlardan atəşə tutmuş, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətmişdir.

Təxribatdan dərhal sonra erməni birləşmələrinə qarşı cavab tədbirləri həyata keçirən ordumuz inamla düşmən mövqelərinə doğru irəliləməyə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə qısa zamanda səfərbər olan Azərbaycan ordusu döyüşlərin ilk günündən etibarən böyük zəfərlər qazanmış və nəticədə Cəbrayıl şəhəri, bir sıra kəndlərimiz, xeyli sayda yüksəkliklər, o cümlədən strateji əhəmiyyətli Murov yüksəkliyi azad edilmişdir. Bu yüksəklik ordumuza Ermənistandan Dağlıq Qarabağa silah-sursat daşınması üçün istifadə olunan Vardenis-Ağdərə yoluna nəzarət etməyə imkan yaratdı. Eyni zamanda ordumuz tərəfindən erməni birləşmələrinin canlı qüvvəsi və hərbi texnikasına vurulmuş ağır zərbələr mənfur düşmənin qaçaraq öz mövqelərini  tərk etməsinə səbəb olmuşdur.

Onu da qeyd etməliyik ki, bu gün Ermənistan nəinki cəbhə xəttində, həmçinin siyasi arenada belə təşviş içindədir. Təşvişin əsas səbəbi Ermənistan hərbi-siyasi elitasının hazırda, şahmat dili ilə desək, suqsvanq, yəni çıxılmaz bir vəziyyətdə olmasıdır. Belə ki, ordumuzun qələbələri, beynəlxalq ictimaiyyətin Azərbaycan dövlətinin yanında olması və ölkəmizin bu haqlı mübarizəsini dəstəkləməsi ölkə daxilində baş verən sosial-iqtisadi problemlər və pandemiyanın mənfi təsirləri fonunda diqqəti başqa tərəfə yönəltməyə çalışan Ermənistan rəhbərliyini, erməni siyasi-diplomatik elitasını məyus etmişdir.

Ordumuzun həm tarixi, həm də hüquqi aspektdən Azərbaycana məxsus olan torpaqları düşmən ünsürlərdən təmizləməsi BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsbit olunan dövlətlərin özünü müdafiə hüququ prinsipinə tam uyğundur. Bütün bunların fonunda Ermənistanın Beynəlxalq hüquqa laqeyd yanaşmaqla bərabər, təcavüzkar siyasət  ritorikasına sadiq qalması Azərbaycanın səbr kasasın daşırmışdır desək yanılmarıq. BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası və digər mühüm qurumların Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin heç birinə məhəl qoymayan Ermənistanın hərbi-siyasi elitası sərsəm bəyanatlar verməklə status-kvonun saxlanmasında  maraqlı olduğunu nümayiş etdirmişdir.

Paşinyan hakimiyyətinin “Qarabağ Ermənistandır”, “Qarabağ ayrıca tərəf olmalıdır” kimi bəyanatları, üstəlik tarixi Azərbaycan şəhəri olan Şuşada Qondarma Dağlıq Qarabağ Respublikasının qondarma Prezidentinin inaqurasiya mərasimini keçirməsi və iyulun 12-də Tovuz bölgəsindəki təxribatı Ermənistanın danışıqlar formatından tamamilə qaçmasının açıq-aşkar təcəssümüdür.

Substantiv danışıqlardan uzaqlaşaraq, münaqişənin həllində qeyri-konstruktiv mövqe sərgiləyən Paşinyan höküməti Azərbaycan ordusunun hazırkı zəfərləri qarşısında aciz qalaraq beynəlxalq ictimaiyyətdən yardım istəməklə məşğuldur. Beynəlxalq arenada “Türkiyə Azərbaycana Suriyadan döyüşçülər göndərir” kimi əsassız bəyanatlar səsləndirərək münaqişəyə üçüncü tərəfi cəlb etməyə çalışan Ermənistanın sərsəm ritorikası Prezident İlham Əliyevin Rusiyanın “Rossiya 1” kanalına verdiyi müsahibədə tutarlı şəkildə cavablandırıldı. Türkiyə ilə qardaş dövlət olsaq da, 10 milyonluq əhaliyə, hərbi-texnoloji üstünlüyə malik Azərbaycana 2 milyonluq Ermənistan qarşısında hər hansı bir yardım gərəkməz və ən əsası, dövlətimizi qüvvətli edən başlıca amil, onun haqq yolunda olmasıdır.

Bəli, bizim işimiz haqq işidir. Biz öz torpaqlarımız uğrunda döyüşürük. Möhtərəm Prezidentimiz keçiridyi bütün görüşlərdə dəfələrlə bəyan etmişdir ki, biz öz torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyik!

Bu gün Azərbaycan əslində öz ərazilərini, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ərazisi kimi tanınan tarixi torpaqlarını düşmən ünsürlərdən təmizləməklə  məşğuldur. Bu müharibə fonunda  Azərbaycan xalqının siyasi həmrəylik nümayiş etdirərək Ali Baş Komandanın ətrafında mənfur düşmənə qarşı birləşməsi də təqdirəlayiqdir. Bir neçə gün öncə Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiyanın birgə bəyanatı bu həmrəyliyin bariz sübutudur. Yalnız iki partiya - AXC və Müsavat partiyaları bu bəyanatı imzalamaqdan imtina edib, ölkənin belə ağır müharibə  aparmasına baxmayaraq öz məkrli və xain üzlərini göstərdilər. Qeyd olunan siyasi partiyaların rəhbərlərinin xain mövqeyinə baxmayaraq Azərbaycan xalqı həmrəydir və xalqımızın Prezident İlham Əliyevə, Azərbaycan dövlətinə və ordusuna olan inamı sarsılmazdır. QƏLƏBƏ BİZİMLƏDİR! QARABAĞ AZƏRBAYCANDIR!

http://rupor.az/-birlik-v-hmrylik-qlbnin-rhni

 

Zeynalabdin Həsənəliyev,

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər

və iqtisadiyyat fakültəsinin dekanı,

Tarix elmləri doktoru, professor

Xəbərlər

Azərbaycan şərqşünaslığının görkəmli siması - Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - Aida İmanquliyeva
10/10/2024

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək”
10/10/2024

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Kosmosda evimiz - Günəş sistemini kəşf edək” mövzusunda öyrədici seminar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Kosmosda evimiz - Günəş sistemini kəşf edək” mövzusunda öyrədici seminar
10/10/2024