Biz də müsəlləh əsgərik!

22/10/2020

Ordumuzun qarşısında duruş gətirə bilməyən azğın düşmən qaçır

90-cı illərdə SSRİ dağıldıqdan və müstəqillik əldə etdikdən sonra nankor qonşularımız rus ordusunun köməkliyi ilə torpaqlarımızı işğal etməyə başladı. Bu işğal mərhəmətli və ehtiyatsız olan xalqımıza çox baha başa gəldi. Nəticədə çoxlu sayda əliyalın, köməksiz, dinc  sakinlərimiz qətlə yetirildi və 20 faiz torpaqlarımız azğın düşmənlər tərəfindən işğal edildi. Bütün bunlar yerində olmayan hakimiyyətin qurbanı oldu.

1994-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra torpaqların bir qismini işğaldan azad etdi. Davamlı olaraq qan tökülməməsi üçün uzaqgörən siyasətinə arxalanaraq sülh yolu ilə bu məsələnin həll edilməsinə üstünlük verdi. Çünkü biz qan tökməyi sevən millət deyilik. Ermənilər isə öz havadarlarının diktəsi ilə bu məsələnin həllini uzatdı. Ulu Öndərin layiqli davamçısı İlham Əliyev bu siyasəti davam etdirməyə başladı. Ali Baş Komandanımız öz uğurlu siyasətini bütün dünyada layiqincə nümayiş etdirərək bu siyasətlə mənfur düşmənlərə öz gücünü və Azərbaycanın Müzəffər Ordusunun gücünü göstərdi.

Bütün dünya liderləri ilə aparılan siyasi danışıqlarla yanaşı Müzəffər Ordumuzu gücləndirməyə başladı. Ötən illər ərzində bütün sahələrə diqqət ayırmasına baxmayaraq Ordumuza xüsusi diqqət ayırılaraq müasir texnika və avadanlıqlar ilə təchiz edildi. Bu da Azərbaycanın gücünə güc qatdı. İşğalçı Ermənistanın ordusunu artıq Azərbaycanın Silahlı Qüvvələri ilə müqayisə etmək ən azından sadəlövhlük olar. Azərbaycan Ordusunu yalnız dünyanın ən inkişaf etmiş dövlətlərinin silahlı qüvvələri ilə müqayisə etmək olar. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır.

Azərbaycanın Silahlı Qüvvələrinin uğurlar əldə etməsində yüksək tex­nologiyaların, müasir qurğuların və kosmik peyklərin əvəzsiz rolu var. Ölkə rəhbərinin ordu quruculuğu sahəsində apardığı məqsədyönlü islahatların nəticəsində intellektual texnologiyalarla təchiz olunan müasir və qüdrətli ordu formalaşdı. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ali Baş Komandanımız İlham Əliyev mənfur ermənilərə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq yenə də onlar iyrənc əməllərindən qalmadılar. Əli silahlı olan insanlara yox, əli oyuncaq tutan körpələri hədəfə aldılar. Bu da ermənilərin nə qədər azğınlaşması və insanlıqdan uzaqlaşmasını bir daha sübut edir. Mülki insanları qadın, uşaq, körpə yaşlı insanlar demədən hədəfə aldılar. Bu hadisələrə cavab olaraq Ali Baş Komandanımız onlar kimi döyüşməyəcəyimizi, «bizim əli silah tutmayan insanlarla işimiz yoxdur», deməsi bir daha onun müdrüklüyünü göstərdi. O, hər dəfə müsahibə verdiyi zaman, «bizim xalq qan tökməyin tərəfdarı deyil», deyərək mənfur ermənilərə xəbərdarlıq etdi ki, «rədd olun işğal etdiyiniz torpaqlarımızdan». Lakin, buna məhəl qoymayaraq ermənilər yenədə öz çirkin, insanlığa sığmayan davranışlarından geri qalmadılar. Azərbaycan xalqı olaraq biz heç də təəccüblənmədik, çünki onların törətdiyi soyqırım, terror heç də ilk dəfə deyildi. Ermənistan xalqı etdiyi əməllərlə təcavüzkar olduqlarını dəfələrlə sübut ediblər.

27 sentyabr tarixindən başlamış hadisələr Ermənistanın faşist mahiyyətli bir dövlət olduğunu bir daha göstərdi. Ən əsası odur bütün dünya bir daha şahidi oldu ki, Ermənistan işğalçılıq siyasətindən, qarayaxma kampaniyalarından əl çəkmir və bunlar işğalçıdır. Azərbaycan isə yalnız özünü müdafiə etmək üçün əks-hücum əməliyyatlarını həyata keçirir.

Bizim apardığımız Vətən Müharibəsi haqq müharibəsidir. Onlar tərəfindən Azərbaycana qarşı yönəlmiş təxribatlar və Prezident İlham Əliyevin, “bizim digər ölkənin torpaqları ilə işimiz yoxdur” fikri erməninin işğalçı siyasətini ifşa edir. Ali Baş Komandanımızın haqq və müdrük siyasəti, Rəşadətli Ordumuzun mübarizliyi, xalqın dövlət rəhbərinin ətrafında sıx birləşməsi Azərbaycan xalqını böyük qələbəyə daha da yaxınlaşdırdı.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində, bu haqq mübarizə yolunda bizə bir çox ölkələrin mənəvi dəstəyi də oldu. Xüsusilə bu ölkələr arasında bizə qardaş olan Türkiyə Cümhuriyyəti, Pakistan və İsrail dövlətləri daha çox seçildi. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri isə daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin «bir millət, iki dövlət» olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Ali Baş Komandanımızın əmri ilə Rəsadətli Ordumuz 27 il nankor düşmən tapdağı altında qalmış torpaqlarımızı çox böyük cəsarət və  ustalıqla azad etməkdə davam edir. Hər gün xalqımız şad xəbərlər eşitməkdədir. İnşəAllah yaxınlarda xalqımız birlikdə Qələbə Bayramını işgaldan azad olunmuş torpaqlarımızda qeyd edəcək!!!

Bakı Dövlət Universitetinin rəhbərliyi də bütün əməkdaşları ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın ətrafinda sıx birləşərək hər zaman Rəşadətli Ordumuzun yanındadır. Biz də müsəlləh əsgərik və Ali Baş Komandanın əmrini gözləyirik.

https://azadaz.com/biz-de-mueselleh-esgerik

Mirmusa Cəfərov,
​Bakı Dövlət Universitetinin professoru

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024