BDU-nun təklifi ilə ABŞ-ın “Blackboard” rəqəmsal tədris platformasının Azərbaycan dilində variantı da istifadəyə veriləcək

18/02/2022

Bakı Dövlət Universitetində (BDU) Amerika Birləşmiş Ştatlarının təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində dünya lideri olan “Blackboard” şirkətinin nümayəndələri ilə hesabat xarakterli görüş keçirilib.

Görüşdə “Blackboard” şirkətinin regional vitse-prezidenti Xuan Aleqret, regional layihə rəhbəri Bazel Abu-Xiran, şirkətin nümayəndəsi Mustafa Güçlü, BDU-nun rektoru Elçin Babayev, ADA Universitetinin prorektoru Vəfa Kazdal, BDU rektorunun strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev, ADA Universitetinin Fakültə işləri və akademik idarəetmə üzrə direktoru Samirə Rəsulova, “Blackboard” layihəsinin BDU-da tətbiqi üzrə layihə meneceri Şəbnəm Səfərova iştirak edib.

Rektor Elçin Babayev bu elektron platformanın BDU-da tətbiq olunması üçün layihənin təşəbbüskarı və dəstəkçisi olan ADA Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib. O, layihənin BDU-ya qazandırdığı üstünlüklər barədə məlumat verib. Rektor vurğulayıb ki, BDU “Blackboard” platforması ilə 2021-ci ilin martından əməkdaşlığa başlayıb. İndiyədək BDU tərəfindən platformada 12570 kurs və 27275 istifadəçi qeydiyyatdan keçib. Onlardan 23 minə yaxını tələbə, qalanı isə akademik və inzibati heyətdir.

“Blackboard” şirkətinin regional vitse-prezidenti Xuan Aleqret təmsil etdiyi şirkətin BDU ilə uzunmüddətli əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Şirkətin regional layihə rəhbəri Bazel Abu-Xiran isə qeyd edib ki, bu ilin ikinci rübündə “Blackboard” sisteminin audio-video funksiyalarında ediləcək yenilənmələr sayəsində platformanın gücü daha da artacaq, internet sürətinin dəyişməsindən yaranan problemlər ciddi şəkildə azalacaq.
Görüşdə məlumat verilib ki, BDU-nun təklifi ilə bu ilin aprel-may aylarında sistemin Azərbaycan dilində variantı da istifadəyə veriləcək.

Görüşün sonunda ADA və BDU arasında “Blackboard”un tətbiqi ilə bağlı əməkdaşlığın genişlənməsi və universitet heyətlərinin bu sahədə birgə fəaliyyətləri də müzakirə olunub.

Qeyd edək ki, "Blackboard” - tədrisin idarəedilməsi proqramının istifadəsi BDU-da “Blackboard EdTech” ekosisteminə daxil olan “bulud platforması” vasitəsilə tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə və digər tədris proseslərinin elektronlaşdırılmış həllinə imkan yaradır.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024