Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar

30/05/2025

Bolqarıstan Respublikasının Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin alimləri Bakı Dövlət Universitetində (BDU) olub.

Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Klassik və müasir filologiya fakültəsinin dekan müavini, Türk dilləri və altayşünaslıq kafedrasının professoru Milena Yordanova, kafedranın müdiri, professor İrina Saraivanova və professor Lyudmila İlieva BDU-nun Filologiya fakültəsində professor-müəllim heyəti ilə görüşüb. Görüşdə fakültə dekanı, dosent Elçin Məmmədov, dekan müavinləri Ülviyyə Hüseynova və Anar Fərəcov, kafedra müdirləri – professorlar Məhərrəm Məmmədov, Cəlil Nağıyev, Mətanət Abdullayeva və Tofiq Hacıyev iştirak ediblər.

Fakültə dekanı Elçin Məmmədov qonaqlara fakültənin tarixi, görkəmli alimləri, tədris və tədqiqat istiqamətləri, o cümlədən son illər həyata keçirilən uğurlu işlərdən söz açıb, Azərbaycanın türk dünyasının mühüm türkoloji mərkəzlərindən biri olduğunu diqqətə çatdırıb.

Qonaqlar Sofiya Universitetinin Klassik və müasir filologiya fakültəsi haqqında və türkologiya sahəsindəki tədris və tədqiqatlardan danışıb, öz elmi-pedaqoji fəaliyyətləri barəsində geniş məlumat veriblər.

Görüşdə iştirak edən BDU-nun kafedra müdirləri Azərbaycanda və Bolqarıstanda aparılan türkoloji araşdırmalardan, türkologiya dair fənlərin tədrisinin mövcud vəziyyətindən, o cümlədən dil və ədəbiyyatın tədrisi metodikası sahəsində tətbiq olunan yeni təlim üsullarından bəhs ediblər.

Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub, birgə tədbirlərin keçirilməsi barədə ilkin razılıq əldə edilib.

 

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16/01/2026

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib
16/01/2026

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ
16/01/2026