BDU əməkdaşları Bosniya və Herseqovinada genom redaktəsi üzrə beynəlxalq təlimdə iştirak ediblər

05/10/2022

Bakı Dövlət Universitetinin (BDU) rektorunun müşaviri Xalid Bayramlı, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin və Biologiya fakültəsinin əməkdaşları Aygün İsrayılova və Nurlan Əmrahov Amerika Birləşmiş Ştatlarının Kənd Təsərrüfatı Departamentinin dəstəyi ilə Bosniya və Herseqovinanın Sarayevo Universitetinin nəzdində fəaliyyət göstərən Gen Mühəndisliyi və Biotexnologiya İnstitutunda (İNGEB) keçirilən "Genom redaktəsi” adlı Beynəlxalq praktiki təlimdə iştirak ediblər.

Təlim genom redaktəsi üzrə məşhur mütəxəssis, Missuri Universitetinin professoru Binq Yanq tərəfindən aparılıb. Təlim zamanı genom redaktəsi texnologiyasının bitkilərdə təşkili, bitkilərin müxtəlif stress faktorlarına davamlılığının artırılması məqsədi ilə uyğun müdafiə mexanizmlərinin aktivləşdirilməsi, laboratoriya şəraitində RUBY geninin selektiv marker kimi bitkilərdə tətbiqi və müxtəlif stresslərə davamlı genotiplərin yaradılması haqqında geniş nəzəri və praktiki biliklər əldə olunub. Həmçinin genom redaktəsi texnologiyasının nöqtəvi mutasiyaların (SNP) bərpasında rolu praktiki olaraq göstərilib, bitkilərdə CRISPR/Cas 9 sisteminin qurulması mexanizmi və sgRNA dizayn olunması üsulu izah edilib. Müxtəlif sgRNA dizayn olunması üsullarında istifadə olunan onlayn  platformalarda (CRISPIR-P 2.0, Ensemble, NCBI) işləmə qaydaları barəsində məlumat əldə olunub.

Təlimdə həmçinin BDU-da yaradılmış Hüceyrə kulturası və genom redaktəsi elmi-tədqiqat laboratoriyasının təkmilləşdirilməsi üzrə fəaliyyət planı da müzakirə edilib.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026