Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçə BDU-nun Fəxri doktoru adı verildi

06/11/2021

Bu gün Bakı Dövlət Universitetində (BDU) Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçə BDU-nun Fəxri doktoru adının diplomu təqdim olunub.

İclasda BDU-nun rektoru Elçin Babayev dünyanın tanınmış siyasətçilərindən biri, müasir dünyada demokratiyanın inkişafına layiqli töhfələr vermiş ictimai-siyasi xadim, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçin Bakı Dövlət Universitetinə gəlişini əlamətdar hadisə adlandırıb. Ali qonaq haqqında məlumat verən Elçin Babayev bildirib ki, Ş.Caferoviç Bosniya və Herseqovinanın çiçəklənməsi, demokratik dəyərlərin möhkəmlənməsi, ölkənin Avropa yönümlü tərəqqisi, həmçinin elmin və təhsilin inkişafı üçün böyük işlər görüb. Qonağın Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyini, Azərbaycan - Bosniya və Herseqovina arasında ikitərəfli əlaqələrin, təhsil və elmi əməkdaşlığın  inkişafına böyük önəm verdiyini xüsusi vurğulayıb.

Rektor iki dövlət arasındakı diplomatik əlaqələrdən, yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərindən  bəhs edib, eyni zamanda, qonağa BDU haqqında məlumat verib.

Rektor çıxışının sonunda BDU Elmi Şurasının 03 oktyabr 2021-ci il tarixli iclasında Şefik Caferoviçə BDU-nun Fəxri doktoru adının verilməsi haqqında qərarını elan edib. BDU Elmi Şurasının qərarı ilə cənab Şefik Caferoviç Azərbaycan və Bosniya və Heseqovina arasında ikitərəfli əlaqələrin və elmi əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə BDU-nun Fəxri doktoru adına layiq görülüb.

Rektor Fəxri doktor diplomunu ali qonağa təqdim edib.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizdə gedən inkişaf prosesindən, əldə edilən nailiyyətlərdən, Azərbaycan-Bosniya və Hersoqovina arasında yüksək əməkdaşlıq əlaqələrindən söz açıb, Şevfik Caferoviçin bu əlaqələrin inkişafındakı xidmətlərindən bəhs edib.

Sonra Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç BDU-nun Fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu ifadə edib, Azərbaycan-Bosniya və Herseqovina münasibətlərinin inkişafından danışıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə tədbir iştirakçılarını təbrik edib, siyasi, iqtisadi, mədəniyyət məsələlərində əməkdaşlığın davam etdirilməsinə əminliyini ifadə edib.

Xəbərlər

BDU-nun doktorantı Türkiyənin Qazi Universitetində tədqiqatlar aparıb

BDU-nun doktorantı Türkiyənin Qazi Universitetində tədqiqatlar aparıb
04/10/2023

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub
04/10/2023

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun alimi BDU tələbələri ilə görüşüb

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun alimi BDU tələbələri ilə görüşüb
04/10/2023