bp şirkəti BDU-nun Elmi Kitabxanasına 4 adda 750 nüsxə dərslik hədiyyə edib

19/05/2021

bp şirkəti 2019-cu ildən bəri dəstəklədiyi sosial layihələr çərçivəsində tərcümə və çap etdiyi beynəlxalq miqyasda tanınmış daha 4 adda dərslikdən 750 nüsxə BDU-nun Elmi Kitabxanasına hədiyyə edib. Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri dünyanın ən yaxşı akademik nəşrlərindən olan H.Lyun, B.L.Berq “Sosial elmlərdə keyfiyyət tədqiqat metodları”, K.Armstrong “Marketinqin əsasları”, F.S.Mişkin “Pul, bank və maliyyə bazarlarının iqtisadiyyatı”, C.Vivian “Kütləvi kommunikasiya mediası” adlı kitablardan öz ana dilində istifadə imkanı qazanmışdır.

Məlumat üçün qeyd edək ki, şirkət daha öncə ingilis dilindən Azərbaycan dilinə tərcümə və çap etdiyi beynəlxalq iqtisadiyyat, makro və mikro iqtisadiyyat, menecmentin əsasları, bank işi və maliyyə bazarları, tədarük-təchizatın idarə edilməsi, insan resurslarının idarə olunması, media və kütləvi kommunikasiyalar, marketinqin prinsipləri, sosial işlərdə etik dəyərlər kimi mövzuları əhatə edən və müvafiq sahələr üzrə kadr hazırlığında əvəzsiz mənbə olan 9 adda akademik nəşri də BDU-nun Elmi Kitabxanasına təqdim etmişdir. Dərsliklər oxuculara beynəlxalq təcrübə ilə tanış olmağa, müasir iqtisadi inkişaf meyillərini öyrənməyə geniş imkan yaradır.

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026