BP şirkətinin 2009-cu il üzrə məzunlar və tələbələr üçün işə qəbul proqramı başladı.

01/04/2009

BP şirkəti yer kürəsini əhatə edən bir biznesə malikdir. Texasdan Azərbaycana, Kaliforniyadan Çinə qədər. Dünyanın yüzdən artıq ölkəsində və altı qitəsində fəaliyyət göstərən ən böyük enerji şirkətlərindən biridir. Təxminən 100 il bundan əvvəl təməli qoyulan BP şirkətinin bu gün quruda və dənizdə, kiçik qəsəbələrdə və böyük şəhərlərdə, ofislərdə və texnoloji obyektlərində, ucqar bölgələrdə və sərt ərazilərdə 100.000 yaxın işçisi var.
Belə nəhənq şirkətdə çalışmaq hər bir gəncin arzusudur. Çünkü BP Azərbaycan şirkətinə qoşulmaqla onlar dünyanın ən nüfuzlu əməliyyat sahələrində təlim keçmək, dünyanın müxtəlif ölkələrini təmsil edən mütəxəssislərin texniki səriştələrindən faydalanmaq, gənc mütəxəssislər üçün inkişaf proqramlarında iştirak etmək şansını əldə edə bilərlər.
Təbii haldır ki, enerji üçün tələbatın artdığı və ətraf mühitlə bağlı narahatlıqların böyüdüyü bir zəmanədə, uzun müddət üçün təhlükəsiz mənbələr axtarıb tapmaq və onları bazara gətirmək öhdəliyi olan BP şirkəti daimi yeni kadrlar axtarışındadır. Beləliklə də, hər il BP şirkəti məzunlar və tələbələr üçün işə qəbul proqramını gerçəkləşdirir.
Bu il də BP şirkətininin nümayəndələri BDU-da öz stendlərini quraşdıraraq, maraqlanan tələbələrə BP-də iş imkanları ilə bağlı məlumat verdilər. Məsələn bakalavr dərəcəsi üzrə təhsillərinin 2-ci və ya 3-cü ilində və Magistr dərəcəsi üzrə təhsillərinin 1-ci ilində olan tələbələr "Tələbələr üçün Yay Təcrübə Proqramı"na qoşula bilərlə. 2007-2009-cu illər ərzində bakalavr və ya magistr dərəcəsi almış məzunlar isə aşağıdakı sahələr üzrə karyera qurmaq üçün özlərini sınaya bilərlər:

Əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi
Geologiya, geodeziya və yataqların istismarı
İnformasiya Texnologiyaları və Xidmətləri
Kadrlar Şöbəsi
Kontraktların və maddi-texniki təchizat sisteminin idarə edilməsi
Quyuların qazılması və tamamlanması
Maliyyə
Yerüstü mühəndis işləri.

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026