BİR ÖMÜR SEVGİ

04/05/2015

Sevgi nədir? Sevgi dedikdə nə başa düşülür? Qarşılıqlı sevgi nə deməkdir? Müasir dövrdə sevgini birmənalı şəkildə aydınlaşdırmaq düzgün olmaz. İlk öncə onu qeyd etmək istərdim ki, sevgi dedikdə-valideyn sevgisi, övlad sevgisi, vətən sevgisi, əks cinsə olan sevgi, ailə sevgisi, təbiət sevgisi və s. başa düşülür.  Bəzi insanlar sevgini pulda, bəziləri qarşılıqlı məhəbbətdə, bəziləri hörmətdə, cəmiyyətin digər bir qismi isə sədaqətdə görür.

18-22 yaşlı tələbələr arasında apardığım sorğuda diqqətimi çəkən məqamlar oldu. Onların fikrincə, sevgi qarşıdakı insanın mənfi xüsusiyyətlərindən  deyil, daim müsbət tərəfdən tanımağa çalışan, itirməkdən qorxmaqdır. Digər tələbələrin fikrincə  sevgi hər gün isbata ehtiyacı olan həm şirin, həm də acı hisslər yaşadan endofrinin təsirindən başqa heçnə deyildir. Sevgini müxtəlif fikirlər toplusu adlandıranlar da oldu, üçbucağa bənzədənlər də… “Sevgi üçbucaqdır. Üçbucağın tərəfləri də belədir: hörmət, anlayış, sədaqət.. Əgər bu tərəflərdən biri olmasa dağılar, məhv olar, parçalanar..”. Sevgini təkcə hörmət və dəyərlə əlaqələndirənlər də oldu, bir ömür həyat adlandıranlar da.. Bir qrup tələbə isə “ mən davranışımda nəyi əks etdirirəmsə, odur sevgi. Ən azından dəyər verir, sayıb-seçir və sevirəm ” .

Sevgi hörmətdir, səbəbsiz sevməkdir, sevgi əxlaqdır, ədəbdir, müqəddəs hissdir, qarşılıq gözləmədən sevmək deməkdir.

Ailə kiçik cəmiyyətdir. Onun üzvləri arasında bir-birilərinə qarşı hörmət, sevgi  nə qədər çox olsa, o qədər də bağlılıq, möhkəmlik yaranar.

Valideyn sevgisi, valideynə hörmət çox-çox qədimlərə dayanır. Əcdadlarımız valideyn sevgisinə, onlara itaətə böyük əhəmiyyət verirdi. Taixən valideyninə sevgi, hörmət göstərməyən, onların bir sözünü iki edən övlad cəmiyyət içərisində heç bir hörmət görməzmiş. Əsrlər boyunca bu tərbiyə nəsildən-nəslə verilmiş, hər bir ailədə başlıca yer tutmuşdur. Valideyn haqqını bilməyən insan nə vətəninin, nə torpağının, nə qohumlarının, nə də dost-tanışının qədrini bilər.

Vətən, təbiət sevgisi hələ qədim dövrlərdən bugünədək Azərbaycan ədəbiyyatında da xüsusi əhəmiyyət kəsb etmişdir. XII-XVI əsr mütəfəkkirlərindən Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və XIX əsrin sonu XX əsrin əvvəllərində Məhəmməd Hadi, İsmayıl Şıxlı, Abbas Səhhət və digər mütəxəssislər də

yaradıcılıqlarında təbiət gözəlliklərinə, vətən sevgisinə, məhəbbətinə geniş yer ayırmışlar.

 

-Eşqdir mehrabı uca göylərin,

Eşqsiz ey dünya nədir dəyərin?,- söyləyən Nizami Gəncəvi sevgini, məhəbbəti göylərə qaldırmış, onun əlçatmazlığını xüsusilə qeyd etmişdir.

 

-Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, Vətənimdir, Vətənimdir,- söyləyən Abbas Səhhət;

 

-Dünyadə əməlimiz fəqət emari vətəndir,

Vicdanımızın sevdiyi dildari Vətəndir,- söyləyən Məhəmməd Hadi türk ədəbiyyatından;

 

İnsan vətənini sevir, çünki hürriyyət firavanlığı, haqqı Vətən sayəsində mövcuddur,-deyən türk şairi Namiq Kamalın;

 

Vətən bir millətin evidir-söyləyən Əhməd Midhətin sözlərindən Vətənə, torpağa məhəbbət aydın şəkildə özünü büruzə verir.

Sevgi məsuliyyətdir. O həm qorxu, həm qayğı, həm bağlılıq, həm vəfa, həm də qurub yaratmaq, yəni həyatdır.

Qədim zamanlarda aşiq məşuqəyə belə müracit etmiş, öz sevgisini bu yolla bildirmişdir:

Sevginin qədrini bilməzdim inan,

Gözlərim önündə sən olmasaydın,

Bu şirin həyatı sevməzdim inan,

Ömrümdə, günümdə sən olmasaydın..

Kim xoşbəxtliyini nədə tapırsa, sevgini də onda görür..sevgisini də onda görür...Bəzən insanlar, bəzən əşyalar belə bu sevgini dadır. Çünki onlara sevgiylə yanaşılır..

Sevgi yaşam səbəbi, sevgi xoşbəxtlik, təbəssümdür... Zamanını, həyatını, düşüncələrini, xəyal və arzularını düşünmədən etibar etdiyin yeganə hissdir... Bəzən

 

bir sözdə, bəzən isə baxışlarda öz əksini tapan bir hiss... Bəzən isə danışmağa belə cəsarət etmədiyin bir hiss...

Uğurlu sevgi  “biz” dir, ortaq nöqtədir. Anlayış, güvən, inamdır, məsuliyyətdir, bütövlükdür.. Uğurlu sevgi  uğurdur...

Əziz insanlar,-dostlarim, yaxınlarım, məni taniyan və tanımayanlar...Valideynini qocalar evinə yerləşdirən övladlar, övladlarını atan valideynlər haqqında son dövrlərdə daha çox məlumat eşidirik. Onları “insan” adlandırmaq düzgün olmazdı. 9  ay bətnində, doğulduqdan sonra min bir əziyyətə qatlaşan, yuxusuz gecələr keçirən analar... Bəs övladlar? Onlar bu qədər əziyyəti başa düşmürlər və ya dərk edə bilmirlərmi? Əgər dərk edirlərsə hansı əsaslı səbəb onları bu hərəkəti etməyə vadar edir? Dərk etmirlər ki, insanı bu dünyada qarşılıq gözləmədən sevən tək insan anadır... Düşünmürlər ki, heç bir ana övladının başına pislik gəlməsini istəməz, daim onlar üçün dualar oxuyar, duaçı olar... Təəssüf ki bu qədər zəhməti anlamayan nankor övladlar da vardır.

Valideynlər, sevin övladlarınızı, atmayın onları, övladlarınızı valideyn sevgisindən məhrum etməyin, övladlar, sevin valideynlərinizi.. Allah biz dünyaya gələrkən hər birimizə bir mələk verdi və adını ana qoydu..  Bu həyatda hər şeyi dəyişmək olar, həyatını, mühitini, dostlarını, evini, maşını... Amma valideynlərimizi əsla... Valideynlərimizi dəyişə bilmərik... Onları biz seçməmişik ki, biz də dəyişək...

Yaxınlarınızı sevin, əhatənizdəki insanlarla yaxşı davranın, sizi sevənlərə, siz sevənlərə  daim pozitiv enerji verməyə çalışın. Onlarla pis rəftar etməyin...   Sevdiklərinizi incitməyin, çünki bir gün onları nə incitməkçün tapa bilərsiniz, nə də özünüzün bağışlanılması üçün...


Sosial elmlər və Psixologiya fakültəsinin 2-ci kurs tələbəsi,
Qasımova  Fatiməxanım Əzizağa qızı

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024