“British Council”ın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva BDU tələbələri ilə görüşəcək

02/11/2026

Noyabrın 4-də Bakı Dövlət Universitetində (BDU) “Təhsildən uğurlu karyeraya addımlar” mövzusunda görüş keçiriləcək.

Tədbirin qonağı BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu, “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva olacaq.

Görüş zamanı qonaq öz zəngin təcrübəsini bölüşəcək, uğura aparan yolun vacib məqamlarından bəhs edəcək və tələbələrin karyera perspektivlərinə dair suallarını cavablandıracaq.

Görüş noyabrın 4-ü saat 15:00-da BDU-nun Tələbə İnkişaf Mərkəzində təşkil olunacaq. Tədbirdə iştirak etmək istəyənlər rəsmi elan posterindəki QR kodu skan edərək qeydiyyatdan keçə bilərlər.

 

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026