Bəşəriyyətin Koronavirus (COVİD-19) düşməni

22/04/2020


“Önəmli olan odur ki, qorxmayın, insanlar bir araya gəlməməli, bir xəstə 100 adamı yoluxdura bilir. Yoluxmaq istəmirsinizsə, evde qalın”

İbn- Sina

Qədimdə  insanlar ruhların və tanrıların qəzəbinə layiqlilərin xəstəliklərə və ölümə məhkum olunduqlarına inanırdılar, bu da epidemiyalar zamanı onların fəaliyyətini, bir-birinə yardımı məhdudlaşdırırdı. İnsanlığa sığmayan, elmi əsası olmayan  bu cür qavrayış çox vaxt milyonlarla insanların məhv olmasına gətirib çıxarırdı.

Bizim eramızda epidemyaların tarixinə nəzər salsaq  görərik ki, çox sayda  insanın qırılmasının əsas səbəbi hər şeydən əvvəl tibb elminin inkişaf etməməsi, insanların fəaliyyətsizliyi, mübarizə üsulları haqqında təsəvvürlərin olmaması və viruslar haqqında elmi əsaslandırılmış məlumatların qıtlığı ilə əlaqədardır.

Müasir hesablama metodları ilə virusologiya elminin gəldiyi nəticəyə görə planetimizdə 1031 sayda müxtəlif viruslar var. Bu virusların 70% okeanlardadır.  Bütün dünya üzrə baş verən pandemiyalarda insan ölümünə nəzər salsaq görərik ki, 165-180 -ci illərdə Antonine Vəbası (Çöp və ya qızılca) zamanı 5 milyon, 541-542-ci illərdə  Yustiniana Vəbası (Yersinia pestis bakteriası)  zamanı 30-50 milyon, 735-737-ci illərdə Yapon çiçək epidemiyası (Variola virusu)  zamanı 1 milyon, 1347-1351-ci illərdə  Yersinia pestis bakteriası ilə (qara ölüm) epidemiya zamanı  200 milyon, 1520-ci ildə  çiçək epidemiyası (nəhəng Variola virusu) zamanı 56 milyon, İtalyan vəbası ilə (Yersinia pestis bakteriyaları) 1629-1631-ci illərdə 1 milyon, 1629-1631-ci illərdə İtalyan vəbası (Yersinia pestis bakteriyaları) zamanı  1 milyon, 1665-ci ildə Asiya qripi zamanı  1,1 milyon, 1885-ci ildə Çin və Hindistanda  ildə Üçüncü vəba (Yersinia pestis bakteriyaları) zamanı  12milyon, 1918-1919-cu illərdə İspan qripi H1N1 virusu ( Donuz qripi) zamanı 40-50 milyon, 1957-1958-ci illərdə Asiya qripi H2N2 virusu  (quş qripi) zamanı 1,1 milyon, 1968-1970-ci illərdə  Hong Kong qripi H3N2 virusu zamanı  1 milyon, 2009-2010-ci illərdə  Donuz qripi- H1N1 virusu 200.000 insanın ölümünə səbəb olub.

İndi üzləşdiyimiz və 2019-cu ilin dekabrından 09 Aprel 2020-ci il tarixinə qədər olan dövrdə  COVID-19 koronavirusu 90 000 insanın ölümünə səbəb olub və bu epidemiyanın nə zaman sona çatacağı haqqında məlumatlar isə hələlik yalnız proqnozlara əsaslanır.

COVID-19 və ya koronavirus 2 (SARS-CoV-2) kəskin tənəffüs sindromu ilə yaranan bir infeksiyadır. SARS-CoV-2, əvvəllər insanlarda görünməmiş və yüksək yoluxucu bir xəstəlikdir. SARS coronavirus (SARS-CoV) və qrip virusları ilə eyni tip viruslara aid olsa da, SARS-CoV-2  öz xüsusiyyətləri ilə fərqli bir infeksiyadır. COVID-19 ilk dəfə Çinin Uhan şəhərində (Bazarda satıcı bir qadında) 2019-cu ilin dekabr ayında aşkar edilib və az bir müddət ərzində bütün dünyaya yayılıb. Yayılma sürətinə və ərazisinə görə Ümümdünya Səhiyyə Təşkilatı (WHO) COVID-19 infeksiyasını VƏBA  elan edib.

Kanzasda təcili yardım hospitalı. 1918-1919-cu illərdə İspan qripi H1N1 virusu ( Donuz qripi) 40-50 milyon insan həyatına son qoymuşdu.

COVID-19 virusunun adı onun səthində zülal çıxıntıları olduğu üçün (tac kimi) koronavirus adlandırılıb. İnsan koronavirusları ilk dəfə 1960-cı illərin ortalarında təyin olunub. İnsanları yoluxdura biləcək  yeddi koronavirus var. İndi tüğyan edən  SARS-CoV-2 Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Covid-19 virusu adlandırılıb. Covid-19 virusunun genetik strukturu göstərir ki, bu viris məlum viruslara oxşamır, onların qarışığından ibarət deyil və qeyri-adi xüsusiyyətləri var.

Araşdırmalar göstərir ki, bu virus bir zamanlar pulcuqlu qarışqayeyənlərdə (kələzlərdə), yarasalarda müşahidə edilmiş viruslara oxşayır, lakin tam olaraq onlardan deyil. Koronavirus örtüyü ilə birlikdə diametri 60-220 nm tərtibində, forması dəyişkən olan iri viruslardandır. Onun genomu indiyə qədər məlum olan RNT viruslarının genomundan xeyli böyükdür və 27-32 kb tərtibindədir.

Covid-19 virusu insan hüceyrələrinə necə daxil olur? Alimlər müəyyən ediblər ki, bu virusu əvvəlcə örtüyündə olan qlikoprotein S çıxıntısı ilə hüceyrənin membranına anqiotenzin çevrilməsinə cavabdeh olan ferment 2 (ACE2) ilə birləşir və bundan sonra hüceyrəyə daxil olur. İnfeksiya zamanı S zülalı iki S1 və S2 subvahidinə parçalanır. S1 zülalının  birləşdirici reseptor domeni (RBD) birbaşa ACE2-nin peptidaza domeni (PD) ilə birləşir. S2 isə ehtimala görə onun membranla birləşməsində hansısa rol oynayır. Yoluxma necə baş verir və nəticədə nə olur?

Qrip üçün olan mövcud vaksinlər bu virus üçün yaramır, çünki onların yaratdığı antitellər koronavirusa təsir etmir. Hal-hazırda COVİD-19 qarşı işlədilən preparatlar bunlardır.

Covid-19 virusuna qarşı mübarizə üsulları getdikcə təkmilləşir və onun vaksinin tapılmasına qədər bir sıra suallara cavab tapılması zərurəti yaranıb.

Bu suallardan biri virusun temperaturdan və havanın nəmliyindən asılılığının aydınlaşdırılmasıdır. Yəni, rütubət artdıqca, tərkibində virus olan  damcıların  ölçüsü daha böyük olur və onlar havada sürətlə çökür, əksinə, isti havada rütubət az olduqda, tənəffüs prosesində damlalar  sürətli buxarlanır. Viruslu damlalar uzun  müddət havada qala bilir, bu zaman yoluxma zamanı və məsafəsi böyüyür. Hal-hazırda Covid-19 virusu ilə mübarizədə dərman preparatları ilə yanaşı, fiziki amillərdən, radioaktiv və ultrabənövşəyi şüalanmadan istifadə edirlər. Bu mübarizədə nanotexnologiyanın da mühüm rolu var. Nanotexnologiyanın bu sahədə tətbiqi köklü bir dəyişiklik üçün böyük ümidlər verir. Bu ümidlərdən biri də yoluxucu xəstəliklərin profilaktikasında nanohissəciklərin istifadəsidir. Nanotexnologiyanın əsas materialları - nanohissəciklər viruslara qarşı mübarizədə çox müxtəlif təsir effektinə və mexanizmə malikdir. Birincisi, onların ölçülərinin çox kiçik olması, səth sahəsinin həcminə nisbətinin böyük olması və tənzimlənən səth yüklərinin mövcudluğu virusları müalicə etmək üçün cəlbedici bir vasitə olduğuna dəlalət edir. İkincisi, nanohissəciklərdə daxili antiviral xüsusiyyətlərə səbəb olan biomimetik xüsusiyyətlərin olduğu müşahidə edilmişdir. Üçüncüsü, dərmanları kapsula formasına salmaq, sabit quruluşlu modifikasiya (polietilenglikol kimi polimerlərlə) (PEG) olunmuş struktura gətirməklə onların stabillik müddətini artırmaq, dozalarının optimallaşdırılmasını təmin etmək, hədəfə çatdırılmasını yaxşılaşdırmaq imkanı verir. Hal-hazırda yolxucu virusları, virus RNT-ni, virus zülallarını yaxşı tutma qabiliyyətinə malik olan termofil hidrogellərdən - “nanotrap”lardan, liposomlardan istifadə edirlər. Nanohissəciklərin, xüsusilə gümüş nanohissəciklərinin antiseptic, antiviral effektləri imkan verir ki, onlardan Covid-19 virusuna qarşı mübarizədə istifadə edilsin.

Bakı Dövlət Universitetində bioloji sintez yolu ilə alınmış toksik olmayan formaları hal-hazırda geniş tətbiq oluna bilər. Covid-19 virusuna qarşı mübarizədə istifadə edilən maskalar, xalatlar, üst geyimlərinə tərkibində gümüş nanohissəcikləri olan məhlulların hopdurulması və həmçinin onların  təkrar sterilizasiyasında istifadəsi mühüm praktiki əhəmiyyət kəsb edir.

Sonda onu qeyd etmək olar ki, xoşbəxtlikdən, bəşəriyyətin pandemiyalar, onları yaradan səbəblər, onlara qarşı mübarizə üsulları haqqında  məlumatları və fəaliyyəti xeyli dərəcədə yaxşılaşmışdır və bu da ümüd verir ki, tarixdə baş verən  pandemiyalarda olan insan ölümləri qədər itkilər hal-hazırda rastlaşdığımız Covid-19 pandemiyasında baş verməyəcək.

 

Məhəmmədəli Ramazanov

Bakı Dövlət Universitetinin professoru

 

İsmət Əhmədov

Bakı Dövlət Universitetinin dosenti

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024