Bu gün BDU ilə Ankara Universiteti arasında Akademik Əməkdaşlıq Protokolu imzalanıb

16/08/2022

Bu gün Türkiyənin paytaxtı Ankara şəhərində Ankara Universiteti ilə Bakı Dövlət Universiteti (BDU) arasında Akademik Əməkdaşlıq Protokolu imzalanıb. Protokolu BDU-nun rektoru Elçin Babayev və Ankara Universitetinin rektoru Necdet Ünüvar imzalayıb.

İmzalanma mərasimində Ankara Universitetinin rektoru Necdet Ünüvar protokolun əhəmiyyətindən bəhs edib, Azərbaycanın ən qədim və böyük universiteti olan BDU ilə əməkdaşlığın gələcəkdə daha yüksək formada inkişaf etdiriləcəyinə əminliyini bildirib.

BDU-nun rektoru Elçin Babayev hər bir sahədə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olduğunu bildirərək, BDU-nun qardaş ölkənin ali təhsil müəssisələri ilə elm və təhsil sahəsində sıx əməkdaşlıq etdiyini qeyd etmişdir. Türkiyənin ən qocaman universitetlərindən olan Ankara Universiteti ilə əməkdaşlığın hər iki universitet üçün səmərəli olacağına əminliyini ifadə edərək, gələcəkdə birgə layihələrin həyata keçirilməsi, akademik və elmi əməkdaşlığın perspektivlərindən bəhs edib.

İmzalanan protokolla universitetlər akademik və mədəniyyət sahələrində əməkdaşlıq etmək barədə razılığa gəliblər. Tərəflər təhsil və elm sahələrində birgə tədqiqatlar aparacaq, akademik heyətin və tələbələrin mübadiləsini həyata keçirəcək, qarşılıqlı maraq doğuran sahələrdə ortaq elmi konfranslar, seminar və mühazirələr və s. təşkil edəcəklər. Protokolda həmçinin təhsil, təlim və tədqiqat məqsədləri üçün təcrübə mübadiləsinin aparılması, müxtəlif elmi ədəbiyyatın, dövri və digər nəşrlərin mübadiləsinin həyata keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Ankara Universiteti əsası 1946-cı ildə qoyulub. Universitetin 19 fakültəsində 70 mindən çox tələbə təhsil alır. Tələbələrin təhsili ilə 3700 nəfərdən artıq akademik heyət məşğul olur.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024