Bu gün Beynəlxalq Tələbələr Günüdür

17/11/2024

17 noyabr - Beynəlxalq Tələbələr Günü kimi qeyd olunur.

Beynəlxalq Tələbələr Günü tələbələrin beynəlxalq həmrəyliyi günüdür. Bu bayram tələbə gənclərin sevincli bir bayramına çevrilsə də, onun yaranma tarixi faciəli hadisələrlə bağlıdır. Bu bayram 1941-ci ildə faşizmə qarşı mübarizə aparan tələbələrin Londonda keçirilən beynəlxalq toplantısında vətənpərvər çex tələbələrinin xatirəsinə ehtiram əlaməti olaraq təsis edilib.

1939-cu il noyabrın 17-də alman faşist işğalçılarının Çexoslovakiya Tələbələr İttifaqının rəhbərlərinin çoxunu həbs edərək güllələməsindən sonra mindən çox tələbə və ali məktəb müəllimi əsir düşərgələrinə göndərilib, ali məktəblər bağlanıb. Bu kədərli hadisənin fonunda Beynəlxalq Tələbələr Günündə ali məktəblərdə təhsil alan gənclərin həmrəyliyi, birliyi və bütövlüyü əsas mahiyyəti təşkil edir.

Məlum olduğu kimi, Azərbaycanda ilk tələbə gənclər hərəkatının formalaşması XIX əsrin sonu, XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Avropada və Rusiyada təhsil alan azərbaycanlı tələbə gənclər Azərbaycanda təşəkkül tapan demokratik hərəkatın əsas hərəkətverici qüvvəsinə, mütərəqqi ictimai-siyasi fikrin başlıca daşıyıcılarına çevriliblər. XX əsrin əvvəllərində Azərbaycanda ictimai fikrin, elmin, təhsilin, mətbuatın, ədəbiyyatın yeni yüksəlişində, teatr, incəsənət, musiqi mədəniyyətinin təşəkkül tapmasında da tələbə gənclərin böyük xidmətləri olub.  Müxtəlif dövrlərdə tələbə gənclərlə bağlı həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsi olaraq Azərbaycanda tələbə gənclər hərəkatı daha da inkişaf edib,  gənclərin ictimai-siyasi fəallığı artıb, onların ölkənin idarə olunmasında, ictimai həyatda iştirakı daha da genişlənib.

Əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti dövlətin əsas prioritetlərindən biridir. Bu gün Azərbaycanda tələbə gənclərə hər cür diqqət göstərilir, onların maddi rifahının və inkişafının qeydinə qalınır, gələcəyin sağlam vətəndaşlarının yetişməsi üçün insan kapitalının artırılmasına xüsusi diqqət yetirilir.

Azərbaycan gəncləri Dövlət Proqramları vasitəsilə dünyanın ən nüfuzlu universitetlərinə təhsil almağa göndərilir, ölkədə tələbələrin şəxsi inkişafının və sosial rifahının yüksəlməsi üçün müxtəlif layihələr həyata keçirilir. Bu ildən etibarən tələbələrin sosial rifahının artırılması məqsədilə Təhsilin İnkişafı Fondu və "Kapital Bank"ın birgə layihəsi olan “TələbəPlus” kartı istifadəyə verilib. İlk istifadəçiləri də elə məhz BDU tələbələri olan kart vasitəsilə 200-dən artıq şirkətdən - pərakəndə satış, geyim, yemək, qida sahələri üzrə tələbələrin ən çox müraciət etdikləri yerlərdə güzəşt və imtiyazlar, endirimlər əldə olunacaq. Mədəniyyət obyektləri, muzeylər və sərgi salonlarında da güzəştlər tətbiq ediləcək. Gələcəkdə idman, səhiyyə, nəqliyyat sahələrində də xidmətlər “TələbəPlus”a qoşulacaq.

Ölkəmizin bütün gəncləri kimi, 25 minlik tələbə kontingentinə sahib Bakı Dövlət Universiteti də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin həyata keçirilməsinə öz töhfəsini verməkdədir. Tarixən Azərbaycana görkəmli siyasi xadimlər, alim və ziyalılar bəxş etmiş Azərbaycan təhsilinin flaqmanı Bakı Dövlət Universitetinin tələbə gəncləri hər zaman dövlətçiliyə bağlı, milli ruhda yetişib,  ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması və möhkəmləndirilməsində yaxından iştirak ediblər.

Belə vətənpərvər, qəhrəman və məğrur tələbə gəncləri olan Vətən heç vaxt yenilməyəcək, daim öz şan-şöhrətini və qüdrətini qoruyub saxlayacaq və gələcək nəsillərə ötürəcək. Əminik ki, vətənpərvər gənclərimiz mənfur düşməndən azad edilmiş müqəddəs torpaqların bərpa edilməsində və çiçəkləndirilməsində də,  burada müasir infrastrukturun qurulmasında da böyük xidmət və rəşadət göstərəcək, ölkə başçısının uğurla həyata keçirdiyi gənclər siyasətinə öz layiqli töhfələrini verəcəklər.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024