Bu gün “planetlərin böyük paradı” müşahidə olunacaq

21/01/2025

Yanvarın 21-də “planetlərin böyük paradı” müşahidə olunacaq.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, axşamdan Günəş batan kimi 6 planet - Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun Yerdən eyni vaxtda görünəcəklər. Səmada görünmə ardıcıllığı isə qərbdən şərqə doğru belə olacaq: Saturn, Venera, Neptun, Uran, Yupiter və Mars. Uran və Neptunu müşahidə etmək üçün durbin və ya teleskop tələb olunur, çünki bu planetlər adi gözlə görünməyəcək. Digər planetləri (Venera, Mars, Yupiter və Saturn) adi gözlə asanlıqla müşahidə etmək mümkündür.

Növbəti “planetlərin böyük paradı” fevralın 28-də olacaq.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026