Bu il BDU-nun SABAH qruplarını 471 məzun bitirir

02/07/2025

2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarını bakalavriat səviyyəsində 13 qrup, 9 ixtisas (“Biologiya müəllimliyi”, “Coğrafiya müəllimliyi”, “Fizika müəllimliyi”, “Hüquqşünaslıq”, “Kimya müəllimliyi”, “Psixologiya”, “Kompüter elmləri”, “Riyaziyyat müəllimliyi”, “Tarix müəllimliyi”) üzrə 348, magistratura səviyyəsində isə 10 qrup, 8 ixtisaslaşma (“Ehtimal nəzəriyyəsi və riyazi statistika”, “Əməliyyatlar tədqiqi və sistemli təhlil”, “Jurnalistika”, “Kimyəvi kinetika və kataliz”, “Kompüter elmləri və texnologiyaları”, “Molekulyar biologiya”, “Nanohissəciklər fizikası”, “Optimallaşdırma və optimal idarəetmə”) üzrə 123 məzun bitirir.

Azərbaycanın 13 ali təhsil müəssisəsindəki SABAH qrupları arasında ən çox ixtisas və tələbə sayı məhz BDU-dadır. Cari tədris ilində BDU-nun SABAH qruplarında bakalavriat səviyyəsi üzrə 913, magistratura səviyyəsi üzrə isə 237 tələbə təhsil alıb.

Ümumilikdə son 9 ildə BDU-nun SABAH qruplarından 2132 tələbə məzun olub.

Qeyd edək ki, SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə 2013/2014-cü tədris ilində yaradılıb.

Xəbərlər

Müstəqil Azərbaycan dövlətçiliyinin banisi – Ümummilli Lider

Müstəqil Azərbaycan dövlətçiliyinin banisi – Ümummilli Lider
10/05/2026

BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır

BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır
09/05/2026

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib
08/05/2026