Bu il qəbul imtahanlarında 500-dən yuxarı bal toplayan 1296 nəfər Bakı Dövlət Universitetini seçib

31/08/2016

Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin payına düşür. Cari ildə BDU-ya 4798 tələbə qəbul olub ki, bu da ötən tədris ilindən 526 nəfər çoxdur. Qeyd edək ki, 4798 tələbədən 2349-u dövlət sifarişi əsasında qəbul olunub ki, bu da respublika ali təhsil müəssisələri üzrə ən böyük rəqəmdir və respublika üzrə dövlət sifarişi əsasında ayrılmış ümumi yerlərin 20%-nə qədərini təşkil edir. Qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal toplayan 299 nəfəri, ümumilikdə isə 500-700 arası bal toplayan 1296 nəfəri Bakı Dövlət Universitetini seçib. Eyni zamanda 3-cü ixtisas qrupu üzrə 700 bal toplayan 1 nəfərin seçimi də BDU olub. Qeyd edək ki, bu gün təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 17 fakültəsində bakalavriat pilləsində 60, magistratura pilləsində isə 37 ixtisas və 204 ixtisaslaşma üzrə təhsil alan tələbələrin sayı 21 mindən çoxdur.

Qeyd edək ki, bu il Bakı Dövlət Universitetində bakalavr pilləsində filologiya istiqaməti üzrə Türk dili və ədəbiyyatı, Fars dili və ədəbiyyatı, magistratura pilləsində isə İnformasiya hüququ, Qafqaz xalqlarının tarixi, Media və kommunikasiya sistemləri, Televiziya və radio yayımları menecmenti, Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, Biomüxtəliflik və təbiətin mühafizəsi, Bioekologiya, Radiasiya materialşünaslığı və Atom və nüvə fizikası kimi yeni ixtisas və ixtisaslaşmalar açılıb.

Eyni zamanda bu ildən etibarən BDU-nun Qazax filialına 8 ixisas üzrə tələbə qəbulu aparılıb. Həmin ixtisaslardan Turizm və otelçilik, Ekologiya və Biologiya müəllimliyi yeni ixtisaslardır.

Mətbuat və informasiya şöbəsi, 31 avqust 2016-cı il.

Xəbərlər

Bakı Dövlət Universiteti əlavə təhsil almaq üçün tələbə qəbulu elan edir

Bakı Dövlət Universiteti əlavə təhsil almaq üçün tələbə qəbulu elan edir
12/08/2020

BDU əlavə təhsil (kadrların yenidənhazırlanma təhsili) almaq üçün tələbə qəbulu elan edir

BDU əlavə təhsil (kadrların yenidənhazırlanma təhsili) almaq üçün tələbə qəbulu elan edir
12/08/2020

BDU yeni ERASMUS+ KA2 layihəsinin icrasına başlayacaq

BDU yeni ERASMUS+ KA2 layihəsinin icrasına başlayacaq
12/08/2020