Bundestaq üzvləri BDU-da

07/10/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Alman Bundestaqının “Beynəlxalq Parlament Təqaüdü (İPS)” proqramı üçün iştirakçıları seçmək məqsədilə Bakıda səfərdə olan Almaniya parlamentinin üzvü Şteffen-Klaudio Lemmenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Rektor universitet haqqında qonaqlara ətraflı məlumat verib. Almaniya parlamentinin üzvü Şteffen Klaudio Lemme “Beynəlxalq Parlament Təqaüdü (İPS)” proqramı haqqında danışıb. Onun sözlərindən məlum olub ki, Azərbaycandan olan 5 nəfər ali məktəb məzunu hər hansı bir Bundestaq deputatının yanında bir neçə ay fəaliyyət göstərəcək və bu da onlara qərar qəbulu proseslərini intensiv şəkildə izləmək imkanı verəcək. Deputat onu da bildirib ki, proqram iştirakçılarının Berlin universitetlərində təhsil almaq şansları da olacaq. Qeyd edək ki, bu proqramda hər il 28 ölkədən 120 nəfər iştirak edir.

Adıçəkilən proqrama dəyər verdiyini söyləyən akademik Abel Məhərrəmov bildirib ki, tələbələrin parlamentdə təhsil keçmələri və düşüncələrinin bir müstəviyə gətirilməsi qloballaşan dünyada əsas məsələlərdən biridir. Rektor, Azərbaycandan seçilən tələbələrin Almaniya parlamentində təcrübə keçib həmin təcrübəni Azərbaycana gətirəcəklərinə əmin olduğunu vurğulayıb.

Berlin Açıq Universitetinin Prorektoru və Fiziki Coğrafiya kafedrasının professoru xanım Briqitta Schutt təmsil etdiyi universitetdə Xəzər dənizi üzrə tədqiqat mərkəzinin olduğunu və gələcəkdə Bakı Dövlət Universiteti ilə əməkdaşlıq memorandumunun imzalanmasında maraqlı olduqlarını bildirib.

 

Mətbuat və informasiya şöbəsi, 07 oktyabr, 2011-ci il.

Xəbərlər

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında   

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında
05/12/2025

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
05/12/2025

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”
05/12/2025