Buxara Dövlət Universitetinin rektoru BDU-da

23/01/2023

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Özbəkistan Respublikasının Buxara Dövlət Universitetinin rektoru Obidjon Xamidovla görüşüb. Görüşdə ötən ilin sentyabrın 7-də BDU ilə Buxara Dövlət Universiteti arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi məqsədilə imzalanan tərəfdaşlıq müqaviləsində nəzərdə tutulan işlərin gedişi müzakirə olunub. Rektor Elçin Babayev qonağa BDU-nun “Tədqiqat universiteti” statusu almağa hazırlaşdığını, Universitetin  beynəlxalq əlaqələrinin ötən müddət ərzində daha da genişləndiyini, müxtəlif ölkələrlə ikili diplom proqramlarının sayının 10-a çatdığını bildirib. BDU-da yeni yaradılan elmi-tədqiqat laboratoriyaları, elmi mərkəzlər və Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi barədə məlumat verib.

Buxara Dövlət Universitetinin rektoru Obidjon Xamidov təlim-tərbiyə və tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasın məqsədilə təcrübə mübadiləsinin önəmli olduğunu qeyd edib, tarix və arxeologiya sahəsində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Daha sonra Obidjon Xamidov BDU-nun infrastrukturu ilə tanış olub.

Xəbərlər

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq
14/09/2026

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar
14/09/2026

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
14/09/2026