Böyük Britaniyanın Koventri Universitetinin Qazaxıstan filialının prezidenti BDU-da

12/03/2026

Böyük Britaniyanın Koventri Universitetinin Qazaxıstan filialının prezidenti Miras Daulenov Bakı Dövlət Universitetində (BDU) olub.

Rektor Elçin Babayev ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin elm və təhsil sahəsində müxtəlif istiqamətlər üzrə əlverişli əməkdaşlıq imkanları yaratdığını bildirib.

Görüşdə tərəflər elmi-tədqiqat və innovasiya əlaqələrinin gücləndirilməsi, qarşılıqlı akademik mübadilənin genişləndirilməsi, birgə magistr və doktorantura proqramlarının inkişafı kimi prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin dəqiq elmlər üzrə əməkdaşlıq imkanları, süni intellekt, rəqəmsal transformasiya sahələrində ortaq elmi layihələrin həyata keçirilməsi, habelə yeni nəsil tədqiqat laboratoriyalarının yaradılması təşəbbüsləri də müzakirə olunub.

 

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026