Böyük Britaniyanın səfiri BDU-da olub

07/09/2016

 

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, xanım Karol Kroftsu və British Council Azərbaycanın direktoru xanım Elizabet Vayt Bakı Dövlət Universitetində olub. Rektor, akademik Abel Məhərrəmov  qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edərək son illər BDU-nun beynəlxalq əlaqələr istiqamətində əldə etdiyi uğurlardan,  o cümlədən  xarici  universitetlərlə qarşılıqlı əməkdaşlıqdan bəhs edib.

Səfir Karol Kroftsu, öz növbəsində, BDU ilə işbirliyindən danışaraq əlaqələrin daha da genişlənməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

British Council Azərbaycanın direktoru xanım Elizabet Vayt artıq bir neçə ildir ki, universitetlə səmərəli əməkdaşlıq qurulduğunu, bu əlaqələrin bir neçə sahəni əhatə etdiyini bildirib.

Görüş zamanı əməkdaşlığın yeni istiqamətləri barədə fikir mübadiləsi apırılıb və təlimçilər üçün inkişaf proqramı, akademik mükəmməllik üzrə tədris kursu, tədris biliklərinin yoxlanılması testi kimi məsələlər müzakirə edilib.

Mətbuat və informasiya şöbəsi, 7 sentyabr 2016-cı il.


Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir
07/08/2026

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb
06/08/2026