“Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi bu gün öz işinə başlayıb

13/11/2017

“Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin dəstəyi ilə təşkil olunan “Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi bu gün öz işinə başlayıb. Sərgidə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan rasional istifadə sahəsində innovasiya layihələrini kompleks şəkildə təqdim etmək üçün dünyanın 7 ölkəsindən 53 şirkət iştirak edir. Onlar arasında Azərbaycan, Almaniya, Böyük Britaniya, İsrail və digər ölkələr var. “Caspian Ecology” sərgisində təbii resurslardan səmərəli istifadə sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsullar nümayiş etdirilir. 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisinin keçirilməsində əsas məqsəd işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıq və təmayüllərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə əlavə təkan verməkdən ibarətdir. Sərgidə Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Paleobiogeokimya Elmi-tədqiqat laboratoriyasının müdiri prof. Sokrat İsayev və laboratoriyanın kiçik elmi işçisi İlqar Quliyev də iştirak edib. “Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi noyabrın 16-dək davam edəcək.

geology.bsu.edu.az

Xəbərlər

BDU-nun doktorantı Türkiyənin Qazi Universitetində tədqiqatlar aparıb

BDU-nun doktorantı Türkiyənin Qazi Universitetində tədqiqatlar aparıb
04/10/2023

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub
04/10/2023

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun alimi BDU tələbələri ilə görüşüb

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun alimi BDU tələbələri ilə görüşüb
04/10/2023