BDU-da Çin Yaz Festivalı keçirilib

05/02/2026

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Yaz Festivalı təşkil olunub.

Tədbirdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Ding Tao, Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru Vanq Haoqiang və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BDU-nun prorektoru Şahin Pənahov Çin Xalq Respublikası ilə Azərbaycan arasında son illərdə daha da möhkəmlənən ikitərəfli münasibətlərdən, xüsusilə də BDU ilə Çin ali təhsil müəssisələri arasında mövcud olan əməkdaşlıq əlaqələrindən bəhs edib. Prorektor Universitetdə təhsil alan çinli tələbələrin sayı və təhsil göstəriciləri barədə də iştirakçılara ətraflı məlumat verib.

Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Ding Tao Çin Yaz Festivalının Çin xalqının ən mühüm milli bayramlarından biri olduğunu vurğulayıb. Bu bayramın Çin mədəniyyətinin əsas və ayrılmaz komponentlərindən hesab edildiyini bildirib. O, tədbirin yüksək səviyyədə təşkili üçün BDU rəhbərliyinə və Konfutsi İnstitutuna minnətdarlığını bildirib.

Tədbir Konfutsi İnstitutunun və BDU-nun Şərqşünaslıq fakültəsinin müəllim və tələbələrinin fəal iştirakı ilə hazırlanmış rəngarəng bədii proqramla davam edib. Festival çərçivəsində Çin milli musiqi və rəqs nümunələri təqdim olunub, eləcə də iştirakçılar üçün şans lotoreyası təşkil edilib.

 

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib
23/09/2026