"Clarivate Analytics” şirkəti BDU-da treninqlər keçəcək

02/04/2019

"Clarivate Analytics” şirkətinin istifadəçilərin təlimatlandırılması üzrə rəhbəri Vladimir Boqorov və qurumun Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə Bakı Dövlət Universitetində olublar.

BDU-nun rektoru Elçin Babayev “Clarivate Analytics” şirkəti ilə əməkdaşlıqda maksimum effektiv nəticənin əldə olunması üçün yeni format və fərqli yanaşmaların tətbiqi haqqında danışıb. Vladimir Boqorov elmi jurnalların ixtisaslaşması və təyinatı üzrə kateqoriyalara bölünməsini təklif edib.

Görüşdə BDU ilə "Clarivate Analytics” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanması, idarəetmə və təhliletmə aləti olan inCites və rəyçilərin beynəlxalq verilənlər bazası olan Publons sistemlərinin tətbiqi, birgə treninqlərin keçirilməsi məsələləri müzakirə olunub.

Teninqdə “Web of Science” bazasından istifadə, məqalələrin yazılma formaları, tədqiqatçı profilinin açılması, “yırtıcı” (Predatory) jurnallar haqqında təqdimatlar edilməsi qərara alınıb.


Mətbuat və informasiya şöbəsi, 02 aprel 2019-cu il.

KİV-də yayımlananlar


Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026