Cümhuriyyətə gedən yol: 100

28/12/2017

12-13 aprel 2018-ci il tarixində  Bakı Dövlət Universiteti Tarix fakültəsi Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında “Cümhuriyyətə gedən yol: 100” mövzusunda Beynəlxalq  elmi konfrans keçiriləcək.

Təməli XIX yüzilliyin maarifçiləri tərəfindən qoyulan milli özünüdərk ideyalarını "İstiqlal bəyənnaməsi" ilə gerçəkləşdirən, 23 aylıq mövcudluğu ilə Türk – İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olan  Azərbaycan Xalq Cümhuriyyəti  tarixinin hər bir səhifəsi bütün Türk dünyası üçün qürur mənbəyidir. Azərbaycan Xalq Cümhuriyyətinə gedən yol çox çətin və məşəqqətli olmuş, tariximizdə ümummilli faciələrə şahid olsa da tarixi yaddaşın formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, milli dövlət quruculuğunun bərqərar edilməsi və  xalqımızın müstəqilliyinin  təmin edilməsində əvəzedilməz xidmətləri olan, xalqının azad gələcəyi üçün mühacir həyatı yaşayan M.Ə.Rəsulzadənin, Ə.Topçubaşovun, F.Xoyskinin, N.Yusifbəylinin, X.Xasməmmədovun, S.Mehmandarovun, A.Səfikürdskinin, C.Hacınskinin və digərlərinin çox böyük rolu olmuşdur. Uzun müddət tarixi araşdırmalarda Azərbaycan Xalq Cümhuriyyəti dövrü "repressiyaya" məruz qalmış bir dövr  kimi təqdim olunmuş, həqiqi tariximiz saxtalaşdırılmışdır. Türk-müsəlman əhalisinə qarşı soyqırımlar "vətəndaş müharibəsi", "sinfi mübarizə" kimi öyrədilmiş, Bakı Xalq Komissarları Soveti nümayəndələri "xalq qəhrəmanları", Cümhuriyyət liderləri isə "xalq düşmənləri" kimi təqdim edilmişdir. Uzun müddət "xüsusilə məxfi" qrif altında tədqiqi qadağan edilən dövr 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra hüquqi-siyasi qiymətini və vətəndaşlıq statusunu almışdır. Konfransda məqsəd bu dövrün sosial-siyasi və mədəni proseslərini yenidən tədqiqata cəlb etməklə tarixin obyektiv mənzərəsini verməkdən ibarətdir.

Dəyərli elm adamları, Sizləri bu  konfransda görməkdən məmnun olacaq və araşdırmalarınızla  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə böyük töhfələr verəcəyinizə inanırıq.

Konfransın Elmi və Təşkilat Komitəsi

Önəmli tarixlər:

 

Konfransın elanı - 28 dekabr 2017-ci il

Tezislərin  qəbulu üçün son tarix -31yanvar 2018-ci il

Qəbul olunan tezislərin elanı -  06 mart 2018-ci il

Tam mətnin göndərilməsi üçün son tarix - 25 mart 2018-ci il

Proqramın elanı -31mart 2018-ci il

Konfransın keçirilmə tarixi - 12-13 aprel 2018-ci il

Konfransın yeri-  Bakı şəhəri, Bakı Dövlət Universitetinin konfrans zalı

Konfransın mövzuları:

 

1. 1918-1920-ci illərdə türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırımın tarixi və tarixşünaslığı

-         XX əsrin əvvəllərində azərbaycanlılara qarşı kütləvi qırğınlar, səbəb və nəticələr

-         Azərbaycanlılara qarşı kütləvi qırğınların tarixşünaslığı

-         Azərbaycanlılara qarşı kütləvi qırğınların tarixi baxımdan tədqiqi və tədrisi

-         Sovet dönəmində 1918-1920-ci illərdə türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırımın öyrənilməsi

-         Mühacir tarixşünaslıqda 1918-1920-ci illərdə türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırımın öyrənilməsi

-         Mühacir ədəbiyyatlarda 1918-1920-ci illərdə türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırımın öyrənilməsi

-         Xarici müəlliflərin baxışlarında 1918-1920-ci illərdə türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırım

-         Çağdaş dövrün tədqiqatları və tədqiqatçıların yaradıcılığında 1918-1920-ci illərdə türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırım

 

2. Mədəniyyətdə və bədii yaradıcılıqda türk-müsəlman soyqırımı

-         Ədəbiyyatda türk-müsəlman soyqırımı

-         Musiqidə

-         Filmlərdə

 

3. 1918-ci ildə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımın təşkilatçıları

-         Bakı Xalq Komissarları Sovetinin antitürk siyasəti və nəticələri

 

4. Dövrü mətbuada türk-müsəlman soyqırımı

-         1918-1920-ci illərdə türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırım xarici dövrü mətbuat səhifələrində

-         Yerli mətbuatda

-         Çağdaş mətbuatda

 

5. 1918-1920-ci illərdə bölgələrdə  azərbaycanlılara qarşı kütləvi qırğınlar

-         1918-ci ilin martında Bakıda həyata keçirilən soyqırım

-         1918-ci ildə Şamaxıda həyata keçirilən soyqırım

-         1918-ci ildə Qubada həyata keçirilən soyqırım

-         1918-1920-ci illərdə Naxçıvan bölgəsində həyata keçirilən soyqırım

-         1918-1919-cu illərdə Lənkəran qəzasında azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırım

-         1918-1920-ci illərdə Zəngəzur qəzasında türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırım

-         1918-1920-ci illərdə Qarabağ bölgəsində türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırım

-         1918-1920-ci illərdə Gəncə bölgəsində həyata keçirdiyi soyqırım

 

6. 1918-1920-ci illərdə türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırımın mənbələrdə əksi

-         Fövqəladə Təhqiqat Komissiyasının sənədləri

-         1918-1920-ci illərdə türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırım şahid ifadələrində

 

7. Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırımlar

 

8. Cənubi Azərbaycanda türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırımlar

Urmiyada  türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırımlar

Səlmasda türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırımlar

Xoyda türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırımlar

9. Azərbaycan Xalq Cümhuriyyəti: tarixi, tədqiqi və tədrisi məsələləri

-         Azərbaycan dövlətçiliyi tarixi

-         Azərbaycançılıq ideyalogiyasının formalaşması

-         Azərbaycan Xalq Cümhuriyyəti XIX yüzilliyin sonu XX yüzilliyin əvvəllərində milli oyanışın nəticəsi kimi

-         Vətən tarixçilərinin tədqiqatlarında Azərbaycan Xalq Cümhuriyyəti dövrü

-         Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsi

-         Azərbaycan Xalq Cümhuriyyəti və vətənpərvərlik

-         Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyəti

-         Paris sülh konfransı və Azərbaycanın de-fakto tanınması

-         Parlamentin Fraksiyaları və onların fəaliyyəti

-         Azərbaycan Xalq Cümhuriyyəti xarici tarixçilərin araşdırmalarında

-         Azərbaycan Xalq Cümhuriyyəti nümayəndələrinin mühacirət  həyatı

-         Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin ictimai-siyasi fəaliyyəti

-         Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədrisi məsələləri

-         Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dərsliklərdə təqdimatı

-         Azərbaycan Xalq Cümhuriyyəti dövrü sənədli filmlərdə

-         Azərbaycan Xalq Cümhuriyyəti dövrü arxivlərin gözü ilə

-         Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri

-         Azərbaycan Xalq Cümhuriyyətinin tarixi dövrü mətbuatda

-         Azərbaycan Xalq Cümhuriyyəti və mədəniyyət

-         Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin  fəaliyyəti: Sənədlər, faktlar

-         Azərbaycan Xalq Cümhuriyyəti və Ordu quruculuğu

-         Azərbaycan Xalq Cümhuriyyəti və təhsil

-         Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil və din məsələləri

-         Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi: Gəncə və Bakı dövrü

-         Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu məsələləri

-         Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli-mədəni irsə münasibət

-         Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli-mənəvi dəyərlər

-         Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadın hüquqları məsələsi

-         Azərbaycan Xalq Cümhuriyyəti çağdaş tarixşünaslıqda

-         Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövləti ilə münasibətləri

-         Azərbaycan Xalq Cümhuriyyəti Türkiyə tarixşünaslığında

-         Azərbaycan Xalq Cümhuriyyəti Türkiyə tarixçilərinin gözü ilə

-         Azərbaycan Xalq Cümhuriyyəti və dünya dövlətləri milli maraqlar kontekstində

-         Azərbaycan Xalq Cümhuriyyəti daxili çəkişmələrdə

-         Azərbaycan Xalq Cümhuriyyətinin ilk ali təhsil ocağı: Bakı Dövlət Universiteti

-         Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat

-         "Azərbaycan" qəzeti və  dövrün siyasi kataklizmləri

-         Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil və mədəniyyət

-         Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlər kontekstində

-         Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları: Həyat və siyasi fəaliyyətləri

-         Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının metodiki görüşləri

-         Azərbaycan Xalq Cümhuriyyəti və qonşu dövlətlər: Problemlər, perspektivlər

-         Sentrokaspi diktaturasının fəaliyyəti

-         Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyü uğrunda mübarizəsi

-         Azərbaycan Xalq Cümhuriyyətinin işğalı və zorakı sovetləşmə

-         Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mənbələrinə yeni baxış

-         Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricdə təhsil məsələsi

-         Müsavat partiyası (1911-ci il) və onun fəaliyyəti

-         Azərbaycan Xalq Cümhuriyyəti dövründə siyasi partiyalar

-         Azərbaycan Xalq Cümhuriyyətinin qeyri-müsəlman əhaliyə münasibəti

-         Azərbaycan Xalq Cümhuriyyəti: Səfirliklərin fəaliyyəti

-         Qarabağ General Qubernatorluğunun fəaliyyəti

-         Naxçıvan General Qubernatorluğunun fəaliyyəti

-         Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dağlıq Qarabağ məsələsi

-         Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi

-         Məhəmməd Əmin Rəsulzadə və Heydər Əliyev fenomeni

 

KONFRANSDA İŞTİRAK ÜÇÜN TƏLƏBLƏR:

TEZİSLƏRIN (ÖZET, ABSTRACT) GÖNDƏRILMƏSI VƏ DƏYƏRLƏNDIRILMƏSI

Konfransa mövzu ilə bağlı araşdırma aparan doktorant  və elmi araşdırmaçılar müraciət edə bilər. Bunun için məqsəd, metod, istifadə olunan mənbələr və elmi yeniliyin əks olunduğu 250-300 sözdən ibarət tezislərin 31 yanvar 2018-ci il tarixinə qədər cumhuriyetegedenyol100@gmail.com mtm_kaf.@bsu.edu.az ünvanına göndərilməlidir. Konfransın tələblərinə cavab verən tezislər Təşkilat Komitəsi tərəfindən qəbul ediləcək, Elmi Komitə tərəfindən dəyərləndirmə aparıldıqdan sonra iştirakçılara məlumat veriləcəkdir. Müsbət rəy alan tezislərin müəlliflərindən  Konfransın proqramına salınması üçün 06 mart 2018-ci il tarixə qədər tezislərin göndərilməsi tələb olunacaq. Tam mətni vaxtında göndərməyən müəlliflərin məqalələri Konfransın çap olunacaq materiallar toplusuna daxil edilməyəcəkdir. Məqalənin daha əvvəl heç bir yerdə nəşr olunmaması və orijinallığı əsas götürüləcəkdir. Konfransda iştirak üçün hər bir araşdırmaçı bir və ya iki tezislə müraciət edə bilər.

Konfransın işlək dilləri: Azərbaycan, türk, rus və ingilis dilləridir.

TAM MƏTNİN GÖNDƏRİLMƏSİ

Qəbul edilən məqalələrin tam mətnləri 25 mart 2018-ci il tarixinə qədər məqalənin tərtibi qaydalarına  müvafiq olaraq  Word formatında cumhuriyetegedenyol100@gmail.commtm_kaf.@bsu.edu.az ünvanına göndərilməlidir.

MƏQALƏNİN QƏBULU ŞƏRTLƏRİ:

- Konfransın Elmi komitəsi tərəfindən müsbət rəy verilən məqalələr qəbul olunacaqdır.

- Konfrans materiallarının elektron versiyası BDU-nun saytında yayımlanacaq: http://bsu.edu.az

 

MƏQALƏNIN TƏRTİBİ QAYDALARI:

 

Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1;

Vərəq ölçüləri: hər tərəfdən 2 sm

Mətn ən çox 10 vərəq (Azərbaycan və ingilis dilində olan xülasələr və ədəbiyyat siyahısı daxil olmaqla) həcmində olmalıdır.

Yazılara kompüterdə səhifə nömrəsi verilməməlidir.

Başlığın hamısı böyük hərflərlə Times New Roman shriftində, 12 ölçü ilə tünd rəngdə (Bold) mərkəzdə yazılmalıdır. Məqalənin adı ilə məzmunu tam uyğun olmalıdır.

Məqalənin başlığının altında sağ tərəfdə 10 ölçü ilə müəllifin adı, soyadı – tünd rəngdə (Bold), fakültəsi, akademik və elektron poçt ünvanı göstərilməlidir.

İlk səhifədə məqalənin 10 ölçü kursivlə (italic) ingilis dilində qısa xülasəsi və açar sözlər verilməlidir.

Məqalədə istinadlar məqalənin ümumi həcminin yalnız 30%-ni əhatə edə bilər. Yerdə qalan hissə yeni fikir və araşdırma olmalıdır.

Cədvəl və şəkil verilərsə, cədvəl 1, cədvəl 2; şəkil 1, şəkil 2 kimi ardıcıllıqla sıralanmalı və ad verilməlidir. Cədvəllər və cədvəlin mənbəsi cədvəlin aşağısında 10 ölçü ilə verilməlidir

Məqalədə verilən şəkil və xəritələr ayrıca fayl (GİF, JPEG) kimi elektron versiyada təqdim edilməlidir

Məqalədə istifadə edilən bütün ədəbiyyat və internet resursları məqalənin sonunda 10 ölçü ilə əlifba sırası ilə düzülür. Mətndə istinadlar həmin sıraya uyğun kodla verilir. Məsələn: [1, səh.5] Nümunə: (İsgəndərov A.C. Azərbaycan həqiqətləri: 1917-1920. Bakı, “Elm və təhsil”. 2012, 228 s.)

İnternet resursları göstərilərkən, əvvəlcə istinad olunan məqalənin və ya məlumatın müəllifi, məqalənin ya məlumatın başlığı və ondan sonra hiperiqtibas qoyulmalıdır

Məqalələr Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının cumhuriyetegedenyol100@gmail.com mtm_kaf.@bsu.edu.az

elektron ünvanlarına göndərilməlidir.

 

Ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23 Bakı Dövlət Universiteti, Tarix fakültəsi,

Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrası. III korpus, 907-ci otaq; +9945381209

Əlaqə telefonu : +994 538 12 09           (kafedra)

+994 50 545 55 00     (mob.)

+994 050 630 98 64  (mob.)

+994 055 761 37 90   (mob.)

 

 

E-posta: cumhuriyetegedenyol100@gmail.com;

mtm_kaf.@bsu.edu.az

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024