Coğrafiya fakültəsi Elmi Şurasının genişləndirilmiş iclası keçirilib

14/09/2017

Coğrafiya fakültəsi Elmi Şurasının 2017-2018-ci tədris ilinin ilk genişləndirilmiş iclası keçirilib. Əvvəlcə dekan dosent Şəkər Məmmədova iclasın gündəliyində olan məsələlər barədə ətraflı məlumat verib.

Sonra fakültə Elmi Şurasının sədri dosent İmran Abdullayev fakültənin professor-müəllim heyətini yeni tədris ilinin iş planı ilə tanış edib. Magistr və bakalavr buraxılış mövzularının təsdiqi və çöl tədqiqat praktikasının bölgüsü müzakirə olunduqdan sonra professorlar – Tapdıq Həsənov, Məqsəd Qocamanov, Yaqub Qəribov və Fərda İmanov çıxış ediblər. Çıxışlardan sonra yeni tədris ilinə hazırlıq işləri, SABAH qruplarının və yeni tədris olunacaq “İxtisasa giriş” fənninin tədrisinin təşkili haqqında məsələlər müzakirə edilib.

Elmi Şura gündəlikdə olan cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 14 sentyabr 2017-ci il.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026